11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Dəməşq SDQ - yə dörd maddəlik ultimatum verdi

Suriya hökuməti ölkənin şimal-şərqində fəaliyyət göstərən SDQ ilə aparılan inteqrasiya danışıqlarında mövqeyini sərtləşdirərək təşkilata dörd maddəlik ultimatum təqdim edib. Ultimatumda Fərat çayının şərq bölgəsinə Suriya ordusunun yerləşdirilməsi, gömrük-keçid məntəqələrinin Dəməşqin nəzarətinə verilməsi, neft və qaz yataqlarının mərkəzi hökumətə təhvil verilməsi, eləcə də ərəb əhalinin sıx yaşadığı ərazilərin mərhələli şəkildə dövlətin idarəsinə qaytarılması tələb olunur.

30 Dekabr 2025 23:34
Dəməşq SDQ - yə dörd maddəlik ultimatum verdi

BAKI,AzerVocie, Orxan Qədirzadə

Suriya hökuməti ölkənin şimal-şərqində fəaliyyət göstərən SDQ ilə aparılan inteqrasiya danışıqlarında mövqeyini sərtləşdirərək təşkilata dörd maddəlik ultimatum təqdim edib.

AzerVocie xəbər verir ki, ultimatumda Fərat çayının şərq bölgəsinə Suriya ordusunun yerləşdirilməsi, gömrük-keçid məntəqələrinin Dəməşqin nəzarətinə verilməsi, neft və qaz yataqlarının mərkəzi hökumətə təhvil verilməsi, eləcə də ərəb əhalinin sıx yaşadığı ərazilərin mərhələli şəkildə dövlətin idarəsinə qaytarılması tələb olunur.

Məlumata görə, tərəflər arasında 10 mart tarixli razılaşmaya baxmayaraq, SDQ son aylar ərzində bu maddələr üzrə praktiki addım atmayıb. Şam bu vəziyyəti razılaşmaların açıq şəkildə icra edilməməsi kimi qiymətləndirir.

Ekspertlərin fikrincə SDQ-nin əsas niyyəti Suriya dövlətinə inteqrasiya olmaq deyil, əksinə, dövlət strukturunu daxildən dəyişməkdir. Lakin, Dəməşq hökuməti bu yanaşmanı qəbul etmir və artıq “son tarix” müəyyən edib.

Ekspertlər bildirir ki, Donald Tramp, Suriya rəhbərliyi və Türkiyə arasında keçirilən son təmaslarda diplomatik variantların tükəndiyi mesajı verilib və bu, prosesi son mərhələ hesab olunur.

Türkiyə KİV-lərin məlumatına görə SDQ-yə yaxın mənbələr “Dəməşqlə razılaşma əldə olunduğu” iddialarını ortaya atıblar. Həmçinin verilən məlumatlarda bu iddiaların dezinformasiya olduğu vurğulanır. Bildirilir ki, SDQ rəhbəri Məzlum Abdi-nin guya Dəməşqə getməsi ilə bağlı yayılan görüntülər gerçəkliyi əks etdirməyib.

Suriya Xarici İşlər Nazirliyi isə rəsmi açıqlamasında SDQ ilə danışıqların konkret nəticə vermədiyini, mərkəzsizləşmə tələblərinin ölkənin ərazi bütövlüyünə təhdid yaratdığını bəyan edib.

Ekspertlər son dövrdə İŞİD hücumlarının artmasını diqqətəlayiq hesab edir və bu prosesin regionda yeni destabilizasiya cəhdləri ilə əlaqəli olduğunu bildirirlər. Ekspert açıqlamalarında bildirilir ki, Suriyanın cənubunda digər qrupların da SDQ-dən ilham alaraq hərəkətə keçməsi riski mövcuddur.

Bu kontekstdə Dəməşq rəhbərliyi SDQ məsələsinin həll edilməsinin vacibliyini ön plana çıxarır.

Mənbələrə görə, Dəməşqin SDQ-yə təqdim etdiyi ultimatum aşağıdakı bəndləri əhatə edir:

Suriya ordusunun Fəratın şərqinə keçərək yerləşdirilməsi;

Gömrük və sərhəd-keçid məntəqələrinin mərkəzi hökumətə verilməsi;

Neft və qaz yataqlarının Dəməşqin idarəsinə qaytarılması;

Ərəb əhalinin çoxluq təşkil etdiyi ərazilərin mərhələli şəkildə dövlət nəzarətinə keçirilməsi.

Bildirilir ki, SDQ bu maddələrin heç biri üzrə razılıq nümayiş etdirmir.

Məqalədə: #Şam’ın SDG’ye verdiği ültimatom ne anlama geliyor? #Fırat’ın doğusunda yeni kriz: Şam–SDG hattı #Suriye yönetimi SDG ile köprüleri mi attı? #Petrol #sınırlar ve ordu: Şam’ın dört maddelik şartı #SDG krizi bölgesel güvenliği tehdit ediyor mu? #Şamın SDG-yə ultimatumu Suriyada yeni mərhələnin başlanğıcıdırmı? #Fəratın şərqi üzərində mübarizə: Şam–SDG qarşıdurması dərinləşir #Suriya hökuməti SDG ilə körpüləri yandırır #Enerji sahələri və sərhədlər: Şamın sərt şərtləri #SDG böhranı regional təhlükəsizliyi necə təsir edir? #Damascus ultimatum to SDF marks new phase in Syria #Eastern Euphrates and oil fields at heart of Syria–SDF standoff #Syria hardens stance toward SDF #Integration talks collapse as Damascus issues ultimatum #SDF crisis and regional security risks

Mövzu üzrə digər xəbərlər

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

15:44
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

12:20
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən

Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır

07:49
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livan

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb

10 Sentyabr 21:25

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.