6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin QHT-lərə tətbiq etdiyi qadağalar beynəlxalq səviyyədə kəskin qınağa səbəb olur

İsrailin Qəzza zolağında və işğal olunmuş İordan çayının qərb sahilində fəaliyyət göstərən onlarla beynəlxalq humanitar təşkilatın fəaliyyətini qadağan etməsi beynəlxalq aləmdə genişmiqyaslı etiraz və qınaqla qarşılanıb. Qadağa qüvvəyə mindiyi gün – cümə axşamı İsraildə fəaliyyət göstərən 17 insan haqları və hüquq-müdafiə təşkilatı birgə bəyanat yayaraq bu addımın “prinsipial humanitar fəaliyyəti sarsıtdığını, yardım işçilərini və icmaları təhlükə altına saldığını, effektiv yardımın göstərilməsini iflic etdiyini” bildirib.

1 Yanvar 2026 22:14
İsrailin QHT-lərə tətbiq etdiyi qadağalar beynəlxalq səviyyədə kəskin qınağa səbəb olur

BAKI,AzerVocie, Orxan Qədirzadə

İsrailin Qəzza zolağında və işğal olunmuş İordan çayının qərb sahilində fəaliyyət göstərən onlarla beynəlxalq humanitar təşkilatın fəaliyyətini qadağan etməsi beynəlxalq aləmdə genişmiqyaslı etiraz və qınaqla qarşılanıb.

AzerVocie xəbər verir ki, qadağa qüvvəyə mindiyi gün – cümə axşamı İsraildə fəaliyyət göstərən 17 insan haqları və hüquq-müdafiə təşkilatı birgə bəyanat yayaraq bu addımın “prinsipial humanitar fəaliyyəti sarsıtdığını, yardım işçilərini və icmaları təhlükə altına saldığını, effektiv yardımın göstərilməsini iflic etdiyini” bildirib.

Bəyanatda vurğulanıb ki, İsrail işğalçı dövlət kimi fələstinli mülki əhalinin kifayət qədər ərzaq, tibbi ləvazimat və əsas ehtiyaclarla təmin edilməsinə görə məsuliyyət daşıyır. “İsrail bu öhdəliyi yerinə yetirməməklə yanaşı, boşluğu doldurmağa çalışan təşkilatların da fəaliyyətinə mane olur.”

İsrail hakimiyyəti ümumilikdə 37 beynəlxalq yardım təşkilatının fəaliyyət lisenziyasını ləğv edib. Qadağa tətbiq olunan qurumlar arasında Doctors Without Borders (MSF) və Norwegian Refugee Council də var.

Yeni hökumət qaydalarına əsasən, Qəzza və işğal olunmuş ərazilərdə çalışan beynəlxalq QHT-lər bütün əməkdaşlar barədə detallı məlumat, maliyyə mənbələri, əməliyyat strukturu və fəaliyyət istiqamətləri ilə bağlı geniş hesabat təqdim etməlidir.

İsrail bu addımı Qəzzada çalışan bəzi beynəlxalq təşkilatların HƏMAS və İslami Cihad ilə əlaqələrinin olduğu iddiası ilə əsaslandırır. Lakin bu iddialar üzrə heç bir sübut təqdim olunmayıb.

İsraildəki hüquq-müdafiə təşkilatları, o cümlədən B’Tselem və Physicians for Human Rights-Israel, bildiriblər ki, yeni qeydiyyat mexanizmi humanitar fəaliyyətin əsas prinsipləri olan müstəqillik və neytrallığı pozur.

Bəyanatda qeyd olunub ki yardımın siyasi mövqeyə bağlanması, hüquqi məsuliyyət çağırışlarına görə cəzalandırma, fələstinli əməkdaşların və ailələrinin şəxsi məlumatlarının açıqlanmasının tələb olunması
yardım işçilərini nəzarət, təzyiq və təhlükə altına salır.

Qadağa İsrailin Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatları fonunda tətbiq edilib. Regiona ərzaq, dərman və humanitar yardımın girişinə uzun müddətdir ciddi məhdudiyyətlər qoyulub.

Eyni zamanda, işğal olunmuş İordan çayının qərb sahilində də zorakılıq artıb. Human Rights Watch bu prosesləri müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kimi qiymətləndirir.

BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk bu həftə bildirib ki, QHT-lərə qarşı qadağa “işğal olunmuş Fələstin ərazilərində humanitar yardıma çıxışın qanunsuz şəkildə məhdudlaşdırılması silsiləsinin sonuncu nümunəsidir”.

Doctors Without Borders təşkilatı bildirib ki, yeni qaydalara uyğun olaraq Qəzza və Qərb Sahildə fəaliyyət icazəsinin yenilənməsini hələ də gözləyir.

“Tibbi sistem dağıdılıb, əsas infrastruktur məhv edilib, insanlar ən elementar ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. İnsanlara daha çox yardım lazımdır.” – deyə bəyanatda bildirilib.

Təşkilat xəbərdarlıq edib ki, beynəlxalq QHT-lər bölgəyə buraxılmasa, yüz minlərlə fələstinli əsas tibbi və humanitar xidmətdən məhrum qalacaq.

BMT-nin keçmiş humanitar məsələlər üzrə rəhbəri və Norveç Qaçqınlar Şurasının idarə heyətinin üzvü Martin Griffiths vəziyyətlə bağlı nikbin olmadığını bildirib.

Onun sözlərinə görə, bu qurumlar Qəzzada yardımın birbaşa əhaliyə çatdırılmasını təmin edən “son halqadır” və onların sıradan çıxarılması humanitar fəlakəti daha da dərinləşdirəcək.

Məqalədə: #İsrail #İsrail QHT-lərə qadağa tətbiq etdi: beynəlxalq qınaq güclənir #Qəzzada humanitar böhran: İsrail 37 təşkilatın lisenziyasını ləğv etdi #İsrailin QHT qərarı yardım fəaliyyətini iflic edir #Qəzza üçün çalışan beynəlxalq təşkilatlara İsraildən qadağa #İnsan haqları qurumları İsrailin QHT siyasətini pisləyir #Israel faces global backlash over NGO ban in Gaza #Israel revokes licenses of international aid groups #NGO ban deepens Gaza humanitarian crisis #Human rights groups condemn Israel’s NGO restrictions #Aid access in Gaza under threat after Israel ban #İsrail’in STK yasağı uluslararası tepki topladı #Gazze’de çalışan yardım kuruluşlarını yasakladı #STK yasağı Gazze’de insani krizi derinleştiriyor #İnsan hakları örgütlerinden İsrail’e sert tepki #Gazze’de yardım erişimi İsrail kararıyla risk altında

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.