12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

PKK-nın Suriya qolu SDQ-nin Dəməşqlə inteqrasiya prosesi iflasa uğrayıb

PKK terror təşkilatının Suriya qolu olan SDQ-nin Suriya hökumətinə inteqrasiyasını nəzərdə tutan 10 mart tarixli razılaşmanın müddəti 31 dekabr etibarilə başa çatıb. Müddətin bitməsinə baxmayaraq, dünən tərəflər arasında daha bir görüş keçirilib. Dəməşqdə aparılan danışıqlarla bağlı məlumatlı mənbələr bildiriblər ki, SDQ razılaşmanın şərtlərinə əməl etmir, eyni zamanda prosesə yeni şərtlər əlavə etməyə çalışır. Mənbələrin sözlərinə görə, mövcud vəziyyət danışıqların uğursuzluqla nəticələndiyini göstərir.

5 Yanvar 2026 10:17
PKK-nın Suriya qolu SDQ-nin Dəməşqlə inteqrasiya prosesi iflasa uğrayıb

BAKI,AzerVoice

PKK terror təşkilatının Suriya qolu olan SDQ-nin Suriya hökumətinə inteqrasiyasını nəzərdə tutan 10 mart tarixli razılaşmanın müddəti 31 dekabr etibarilə başa çatıb. Müddətin bitməsinə baxmayaraq, dünən tərəflər arasında daha bir görüş keçirilib. Dəməşqdə aparılan danışıqlarla bağlı məlumatlı mənbələr bildiriblər ki, SDQ razılaşmanın şərtlərinə əməl etmir, eyni zamanda prosesə yeni şərtlər əlavə etməyə çalışır. Mənbələrin sözlərinə görə, mövcud vəziyyət danışıqların uğursuzluqla nəticələndiyini göstərir.

Suriyalı rəsmi mənbə bildirib ki, PKK/SDQ rəhbərliyi media vasitəsilə manipulyasiyalara əl atır, uzlaşmadan uzaq və daim dəyişən tələblərlə danışıqlara qatılır. Qeyd olunub ki, bu tələblər bölgənin real vəziyyətinə uyğun deyil.

Mənbənin sözlərinə görə, təşkilat siyasi, hərbi və iqtisadi sahələrdə yeni şərtlər irəli sürür, neft yataqları, su bəndləri, sərhəd xətti, təhlükəsizlik və siyasi quruluşla bağlı tələblərlə Suriyanın vahid dövlət quruluşunu tanımır. Eyni zamanda, PKK/SDQ Türkiyənin prosesdəki rolundan narahatdır və Qərb ölkələrini prosesə cəlb etməyə çalışır.

Rəsmi bildirib ki, mövcud şəraitdə hər hansı uzlaşma və ya inteqrasiya mümkün görünmür və alternativ variantların işə salınması qaçılmazdır. Uzanan və nəticəsiz vaxtudatma siyasətinə daha dözülməyəcək. Çünki bu vəziyyət ölkənin ərazi bütövlüyünə, iqtisadiyyata, nəqliyyata, ticarətə, investisiyalara və ümumi normallaşma prosesinə ciddi zərər vurur.
Digər tərəfdən, Dəməşqdəki danışıqlarla paralel olaraq Suriya Prezidenti Əhməd Şaranın baş müşaviri Cihad İsa bölgə qəbilə başçılarını Deyr əz-Zorda bir araya gətirib.

Məlumata görə, sahədə hərbi fəallıq yüksək səviyyədə davam edir. Danışıqların mənfi nəticələnməsi fonunda hərbi əməliyyatın qaçılmaz ola biləcəyi bildirilir.

Məqalədə: #PKK/SDQ-nin Dəməşqlə razılaşması iflasa uğradı #SDQ yeni şərtlər irəli sürür #Dəməşq prosesi dalana dirənib #PKK-nın Suriya qolu ilə danışıqlar nəticəsiz qaldı #Dəməşq: SDQ ilə uzlaşma mümkün görünmür #Suriya hökuməti PKK/SDQ-yə xəbərdarlıq etdi: dözümlülük bitib #SDQ-nin tələbləri Suriya dövlət quruluşu ilə ziddiyyət təşkil edir #PKK/SDQ ilə inteqrasiya planı fiaskoya çevrildi #PKK SDQ Dəməşq danışıqları niyə uğursuz oldu #SDQ Suriya hökuməti ilə razılaşmaya əməl etmir #PKK-nın Suriya qolunun yeni tələbləri #Suriyada SDQ ilə inteqrasiya prosesi iflasa uğradı

Mövzu üzrə digər xəbərlər

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəmən

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi

16:25
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya

Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir

13:01
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23

Son Xəbərlər

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
17:17
Quranda 800-dən çox ayə nəyi əmr edir?
Quranda 800-dən çox ayə nəyi əmr edir?
16:44
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
16:25
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.