PKK-nın Suriya qolu SDQ-nin Dəməşqlə inteqrasiya prosesi iflasa uğrayıb
PKK terror təşkilatının Suriya qolu olan SDQ-nin Suriya hökumətinə inteqrasiyasını nəzərdə tutan 10 mart tarixli razılaşmanın müddəti 31 dekabr etibarilə başa çatıb. Müddətin bitməsinə baxmayaraq, dünən tərəflər arasında daha bir görüş keçirilib. Dəməşqdə aparılan danışıqlarla bağlı məlumatlı mənbələr bildiriblər ki, SDQ razılaşmanın şərtlərinə əməl etmir, eyni zamanda prosesə yeni şərtlər əlavə etməyə çalışır. Mənbələrin sözlərinə görə, mövcud vəziyyət danışıqların uğursuzluqla nəticələndiyini göstərir.