10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

PKK kürdlərin təhlükəsizliyinin təminatçısı ola bilməz - Suriya Prezidenti

Suriya Prezidenti Əhməd əş-Şaraa ölkədə yaşayan kürdlərin təhlükəsizliyinin terror təşkilatı PKK ilə əlaqə qurmaq yolu ilə təmin edilə bilməyəcəyini bəyan edib. Əhməd əş-Şara bu fikirləri Suriyanın dövlət televiziya kanalı olan “Əl-İxbariyə”yə verdiyi müsahibədə səsləndirib. Prezident bildirib ki, onilliklərdir Türkiyə ilə silahlı münaqişə yaşayan, xaricdən idarə olunan hərbi strukturun Suriyada təhlükəsizlik təminatçısı kimi təqdim edilməsi qəbuledilməzdir. Onun sözlərinə görə, Suriya öz ərazisində əlavə təhlükəsizlik problemi yaradacaq strukturlara yol verə bilməz.

15 Yanvar 2026 20:02
PKK kürdlərin təhlükəsizliyinin təminatçısı ola bilməz - Suriya Prezidenti

BAKI, AzerVoice, Orxan Qədirzadə

Suriya Prezidenti Əhməd əş-Şaraa ölkədə yaşayan kürdlərin təhlükəsizliyinin terror təşkilatı PKK ilə əlaqə qurmaq yolu ilə təmin edilə bilməyəcəyini bəyan edib.

AzerVoice xəbər verir ki, Əhməd əş-Şara bu fikirləri Suriyanın dövlət televiziya kanalı olan “Əl-İxbariyə”yə verdiyi müsahibədə səsləndirib. Prezident bildirib ki, onilliklərdir Türkiyə ilə silahlı münaqişə yaşayan, xaricdən idarə olunan hərbi strukturun Suriyada təhlükəsizlik təminatçısı kimi təqdim edilməsi qəbuledilməzdir. Onun sözlərinə görə, Suriya öz ərazisində əlavə təhlükəsizlik problemi yaradacaq strukturlara yol verə bilməz.

Əhməd əş-Şaraa vurğulayıb ki, keçmiş prezident Bəşər Əsəd rejiminin siyasətindən bütün Suriya xalqı, o cümlədən kürdlər əziyyət çəkib və əvvəlki hakimiyyətin süqutu kürdlərə qarşı tətbiq olunan zülmə verilmiş ilk real cavab olub. Prezident kürdlərin cəsarətini yüksək qiymətləndirərək, gələcəkdə Suriya ordusunda kürdlərin geniş şəkildə təmsil olunmasını istədiyini qeyd edib.

Dövlət başçısı bildirib ki, kürd əhalinin təhlükəsizliyinin yeganə yolu onların dövlət institutlarına inteqrasiyasından keçir. O, təhlükəsizliyin Suriyadan kənarda yerləşən, region ölkələrinə hücumlar həyata keçirən, uşaqları silahlandıran və məcburi səfərbərlik aparan terror strukturları ilə əlaqə vasitəsilə təmin edilə bilməyəcəyini xüsusi vurğulayıb.

Bu arada PKK terror təşkilatının Hələb vilayətinin şərqində yerləşən Deyr-Hafir bölgəsində mülki əhalinin ərazini tərk etməsinə mane olduğu bildirilir. Suriya ordusu bölgəyə genişmiqyaslı qüvvə köçürüb və humanitar dəhlizin açıldığını elan etsə də, silahlı qruplaşmanın silah tətbiq etməklə mülki şəxslərin çıxışına mane olduğu qeyd olunur. Rəsmi mənbələr ordunun əsas məqsədinin mülki əhalinin təhlükəsiz şəkildə təxliyəsini təmin etmək olduğunu açıqlayıb.

Məqalədə: #Suriya Prezidenti: PKK kürdlərin təhlükəsizliyini təmin edə bilməz #Əhməd əş-Şara: Kürdlərin təhlükəsizliyi inteqrasiyadan keçir #Suriya liderindən PKK ilə bağlı sərt mövqe #Prezident: Kürdlər dövlət strukturlarında yer almalıdır #Suriya ordusu PKK-nın nəzarətində olan bölgədə humanitar dəhliz açdı #Dəməşqdən açıqlama: PKK təhlükəsizlik təminatçısı deyil #Suriye Cumhurbaşkanı: PKK Kürtlerin güvenliğini sağlayamaz #Ahmed eş-Şara: Kürtlerin yolu devlet entegrasyonudur #PKK’ya sert mesaj: Güvenlik silahlı örgütle olmaz #Suriye liderinden Kürtler ve PKK açıklaması #PKK’nın kontrolündeki bölgede insani koridor #Şam yönetimi PKK’yı güvenlik tehdidi olarak görüyor

Mövzu üzrə digər xəbərlər

Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir
Yaxın Şərq

Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir

18:58
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
Suriya

İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub

18:53
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
Yəmən

Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir

18:36
İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir
İordaniya

İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir

18:26

Son Xəbərlər

Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
19:50
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
19:45
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
19:35
Qətər Körfəzdə vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
Qətər Körfəzdə vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
19:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.