11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Fələstin rəhbərliyi Trampın Qəzza planını məcburiyyət qarşısında qəbul edib

Fələstin Prezidenti Mahmud Abbasın müşaviri Dr. Mahmud əl-Həbbaş Qəzza zolağındakı mövcud vəziyyəti və yeni yaradılan Sülh Şurasını Fələstin tərəfinin seçimi olmadığını bəyan edib. Əl-Həbbaş "Asharq Al-Awsat" qəzetinə verdiyi açıqlamada bu mexanizmin BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş müvəqqəti bir tənzimləmə olduğunu bildirib. O qeyd edib ki, Fələstin rəhbərliyi bu planı qəti şəkildə rədd etsə də, hazırkı şəraitdə bunu "iki şərdən daha az olanı" kimi qəbul etmək məcburiyyətində qalıblar. Müşavirin sözlərinə görə, bu qərar qətliamları dayandırmaq və Fələstin dövlətinin qurulmasına aparan potensial bir yol açmaq məqsədilə verilib.

19 Yanvar 2026 11:53
Fələstin rəhbərliyi Trampın Qəzza planını məcburiyyət qarşısında qəbul edib

BAKI, AzerVoice, Nailə Babazadə

Fələstin Prezidenti Mahmud Abbasın müşaviri Dr. Mahmud əl-Həbbaş Qəzza zolağındakı mövcud vəziyyəti və yeni yaradılan Sülh Şurasını Fələstin tərəfinin seçimi olmadığını bəyan edib.

AzerVoice xəbər verir ki, əl-Həbbaş "Asharq Al-Awsat" qəzetinə verdiyi açıqlamada bu mexanizmin BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş müvəqqəti bir tənzimləmə olduğunu bildirib. O qeyd edib ki, Fələstin rəhbərliyi bu planı qəti şəkildə rədd etsə də, hazırkı şəraitdə bunu "iki şərdən daha az olanı" kimi qəbul etmək məcburiyyətində qalıblar. Müşavirin sözlərinə görə, bu qərar qətliamları dayandırmaq və Fələstin dövlətinin qurulmasına aparan potensial bir yol açmaq məqsədilə verilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Qəzzadakı növbəti addımlara nəzarət etmək üçün dünya liderlərindən ibarət yeni qurum — Sülh Şurasının yaradıldığını elan edib. Ağ Evin məlumatına görə, Trampın sədrlik edəcəyi əsas şura ilə yanaşı, bölgəni idarə edəcək fələstinli texnokratlardan ibarət komitə və məsləhətçi funksiyasını yerinə yetirəcək icraçı şura fəaliyyət göstərəcək.

Əl-Həbbaş bu reallığın yaranmasında həm İsrailin təcavüzünü, həm də Həmasın "ehtiyatsız macərasını" günahlandırıb. O vurğulayıb ki, bu keçid dövrü tənzimləməsi fələstinlilərin Qəzza zolağında qalmasını təmin etmək və məcburi köçkünlüyün qarşısını almaq baxımından ən az zərərli variantdır.

Məqalədə: #Qəzza #Fələstin #Qəzza zolağı #Mahmud Abbas #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #BMT-nin Qəzza hesabatı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Hizbullah və Qəzza həmrəyliyi

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

18:34
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

17:50
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
Yaxın Şərq

İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib

17:39

Son Xəbərlər

Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
20:10
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
20:02
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
20:00
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
19:47
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
19:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.