6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Yəmən 2022-ci ildən bəri ən ağır ərzaq böhranı ilə üz-üzədir

Beynəlxalq Xilasetmə Komitəsinin açıqlamasına görə, dünyanın ən yoxsul ölkələrindən biri olan Yəmən 2026-cı ilə son dörd ilin ən ağır ərzaq böhranına ilə daxil olub. Proqnozlara əsasən, ölkə əhalisinin yarıdan çoxu – təxminən 18 milyon insan – artan aclıq təhlükəsi ilə üzləşəcək. Bildirilib ki, Birləşmiş Ərzaq Təhlükəsizliyi Faza Təsnifatı sistemi çərçivəsində yayımlanan son qiymətləndirmə həyat üçün təhlükəli aclıq riski altında olan insanların sayının daha 1 milyon nəfər artdığını göstərir. Eyni zamanda, Yəmənin cənubunda daxili qarşıdurmalar və regional aktorların iştirakı vəziyyəti daha da ağırlaşdırır.

19 Yanvar 2026 19:01
Yəmən 2022-ci ildən bəri ən ağır ərzaq böhranı ilə üz-üzədir

BAKI, AzerVoice, Orxan Qədirzadə

Beynəlxalq humanitar təşkilatlar Yəməndə aclıq riskinin sürətlə artdığı barədə xəbərdarlıq edir.

AzerVoice xəbər verir ki, Beynəlxalq Xilasetmə Komitəsinin açıqlamasına görə, dünyanın ən yoxsul ölkələrindən biri olan Yəmən 2026-cı ilə son dörd ilin ən ağır ərzaq böhranına ilə daxil olub. Proqnozlara əsasən, ölkə əhalisinin yarıdan çoxu – təxminən 18 milyon insan – artan aclıq təhlükəsi ilə üzləşəcək.

Bildirilib ki, Birləşmiş Ərzaq Təhlükəsizliyi Faza Təsnifatı sistemi çərçivəsində yayımlanan son qiymətləndirmə həyat üçün təhlükəli aclıq riski altında olan insanların sayının daha 1 milyon nəfər artdığını göstərir. Eyni zamanda, Yəmənin cənubunda daxili qarşıdurmalar və regional aktorların iştirakı vəziyyəti daha da ağırlaşdırır.

Hesabatda yaxın iki ay ərzində ölkənin dörd bölgəsində 40 mindən çox insanı əhatə edə biləcək aclıq ocaqlarının yaranacağı ehtimalı qeyd olunur ki, bu da 2022-ci ildən bəri ən pessimist mənzərə hesab olunur. Uzun illər davam edən müharibə, kütləvi məcburi köçkünlük və səhiyyə xidmətlərinə çıxışın məhdudlaşması əhalinin yaşayış imkanlarını demək olar ki, tam sıradan çıxarıb.

Hazırda bu amillərə milli iqtisadiyyatın çöküşü də əlavə olunub. Ev təsərrüfatlarının alıcılıq qabiliyyəti kəskin şəkildə zəifləyib, ərzaq qiymətləri isə sürətlə yüksəlib. Bununla yanaşı, humanitar yardımın həcmi ciddi şəkildə azalıb. Məlumata görə, 2025-ci ilin sonuna qədər Yəmən üçün nəzərdə tutulan humanitar planın 25 faizdən az hissəsi maliyyələşdirilib ki, bu da son on ilin ən aşağı göstəricisidir. Qida proqramları isə tələb olunan vəsaitin 10 faizindən də azını ala bilib.

Beynəlxalq Xilasetmə Komitəsinin Yəməndəki rəhbəri Karolin Sekyeva vəziyyətin sürətlə pisləşdiyini bildirib. Onun sözlərinə görə, ailələr artıq çıxılmaz seçimlər qarşısında qalıb və bəzi valideynlər uşaqlarını qidalandırmaq üçün yabanı bitkilər toplamağa məcbur olur.

Bununla yanaşı, təşkilat böhranın qarşısının alınmasının mümkün olduğunu vurğulayaraq donorları təcili addımlar atmağa çağırıb. Bildirilib ki, nağd yardım proqramları ailələrin əsas ehtiyaclarını qarşılamaq üçün ən effektiv vasitələrdən biridir.

Məqalədə: #Yəmən 2022-ci ildən bəri ən ağır aclıq böhranına girir #18 milyon yəmənli artan aclıq riski ilə üz-üzədir #Humanitar təşkilat Yəməndə təcili təhlükə xəbərdarlığı etdi #Yəməndə ərzaq böhranı sürətlə dərinləşir #Yardımın azalması Yəməndə aclığı kəskinləşdirir #Yəməndə yeni aclıq ocaqları yarana bilər #Yemen 2022’den bu yana en ağır gıda krizine giriyor #18 milyon Yemenli açlık riskiyle karşı karşıya #Yemen’de insani kriz derinleşiyor #Yardım kesintileri Yemen’de açlığı artırdı #Yemen’de yeni kıtlık bölgeleri oluşabilir #Gıda güvensizliği Yemen’de alarm veriyor

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.