Yəmən 2022-ci ildən bəri ən ağır ərzaq böhranı ilə üz-üzədir
Beynəlxalq Xilasetmə Komitəsinin açıqlamasına görə, dünyanın ən yoxsul ölkələrindən biri olan Yəmən 2026-cı ilə son dörd ilin ən ağır ərzaq böhranına ilə daxil olub. Proqnozlara əsasən, ölkə əhalisinin yarıdan çoxu – təxminən 18 milyon insan – artan aclıq təhlükəsi ilə üzləşəcək. Bildirilib ki, Birləşmiş Ərzaq Təhlükəsizliyi Faza Təsnifatı sistemi çərçivəsində yayımlanan son qiymətləndirmə həyat üçün təhlükəli aclıq riski altında olan insanların sayının daha 1 milyon nəfər artdığını göstərir. Eyni zamanda, Yəmənin cənubunda daxili qarşıdurmalar və regional aktorların iştirakı vəziyyəti daha da ağırlaşdırır.