8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Həsəkədə YPG-nin PUA hücumu nəticəsində yeddi Suriya hərbçisi həlak olub

Həsəkə vilayətində Suriya ordusuna məxsus obyektə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində yeddi hərbçi ölüb, daha 20 nəfər yaralanıb. Hadisə ilə bağlı məlumatı Suriya Müdafiə Nazirliyi yayıb. Nazirliyin açıqlamasına görə, ordu bölmələri Əl-Yarubiyyə sərhəd keçidi ərazisində partlayıcı qurğuların və pilotsuz aparat sursatlarının hazırlandığı emalatxananı aşkar edib. Ərazidə təhlükəsizlik tədbirləri görülən zaman YPG qruplaşması kamikadze pilotsuz aparatı ilə hücum həyata keçirib.

21 Yanvar 2026 21:34
Həsəkədə YPG-nin PUA hücumu nəticəsində yeddi Suriya hərbçisi həlak olub
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Həsəkə vilayətində Suriya ordusuna məxsus obyektə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində yeddi hərbçi ölüb, daha 20 nəfər yaralanıb.

AzerVoice xəbər verir ki, hadisə ilə bağlı məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Nazirliyin açıqlamasına görə, ordu bölmələri Əl-Yarubiyyə sərhəd keçidi ərazisində partlayıcı qurğuların və pilotsuz aparat sursatlarının hazırlandığı emalatxananı aşkar edib. Ərazidə təhlükəsizlik tədbirləri görülən zaman YPG qruplaşması kamikadze pilotsuz aparatı ilə hücum həyata keçirib.

Müdafiə Nazirliyi bildirib ki, obyekt ərazisində YPG tərəfindən istifadəyə hazırlanmış bir neçə pilotsuz aparat mövcud olub. Ordunun operativ komandanlığı baş verənləri “təhlükəli eskalasiya” və “atəşkəs rejiminin açıq şəkildə pozulması” kimi qiymətləndirərək, razılaşmaların görməzdən gəlinərək hücumların davam etdirildiyini vurğulayıb.

Hücumdan bir gün əvvəl Suriya prezidentliyi Həsəkə vilayətinin gələcəyi ilə bağlı YPG ilə müəyyən qarşılıqlı anlaşmanın əldə edildiyini açıqlamışdı. Eyni zamanda Müdafiə Nazirliyi YPG ilə dörd günlük atəşkəs elan edildiyini bildirmişdi.

Qeyd edək ki, YPG Türkiyə, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın Suriya qolu hesab olunur.

Məqalədə: #Həsəkədə YPG-nin dron hücumu: yeddi hərbçi həlak oldu #Suriya ordusuna Həsəkədə pilotsuz zərbə endirildi #YPG-nin hücumu atəşkəsi pozdu: itkilər var #Həsəkədə kamikadze dron hücumu: ölənlər və yaralananlar #Suriya Müdafiə Nazirliyi YPG hücumu barədə açıqlama verdi #Həsəkədə təhlükəli eskalasiya: YPG atəşkəsi pozdu #Haseke’de YPG saldırısı: 7 asker hayatını kaybetti #YPG’nin İHA saldırısı ateşkesi bozdu #Suriye ordusuna Haseke’de dron saldırısı #YPG’den kamikaze İHA ile saldırı #Haseke’de gerilim tırmanıyor #Suriye Savunma Bakanlığı YPG saldırısını doğruladı

Mövzu üzrə digər xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən

Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı

07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
Fələstin

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü

06:52
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.