9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə Ərəbistanı humanitar yardımlar üzrə dünyada ikinci yerdə qərarlaşıb

Maliyyə İzləmə Platformasının (FTS) 2025-ci il üzrə hesabatına əsasən, Səudiyyə Ərəbistanı Krallığı dünya üzrə humanitar yardımların həcminə görə aparıcı mövqelərdən birini tutur. Hesabata görə, Krallıq 2025-ci il ərzində müxtəlif ölkələrə ümumilikdə 2,03 milyard ABŞ dolları həcmində humanitar yardım göstərib. Bu göstərici qlobal humanitar yardımların təxminən 8,5 faizini təşkil edir. Bununla da Səudiyyə Ərəbistanı ərəb ölkələri arasında birinci, dünya üzrə isə ikinci yerdə qərarlaşıb.

22 Yanvar 2026 14:27
Səudiyyə Ərəbistanı humanitar yardımlar üzrə dünyada ikinci yerdə qərarlaşıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Nailə Babazadə

Maliyyə İzləmə Platformasının (FTS) 2025-ci il üzrə hesabatına əsasən, Səudiyyə Ərəbistanı Krallığı dünya üzrə humanitar yardımların həcminə görə aparıcı mövqelərdən birini tutur. Hesabata görə, Krallıq 2025-ci il ərzində müxtəlif ölkələrə ümumilikdə 2,03 milyard ABŞ dolları həcmində humanitar yardım göstərib. Bu göstərici qlobal humanitar yardımların təxminən 8,5 faizini təşkil edir. Bununla da Səudiyyə Ərəbistanı ərəb ölkələri arasında birinci, dünya üzrə isə ikinci yerdə qərarlaşıb.

AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanı xüsusilə Yəmənə göstərilən yardımlar üzrə önə çıxır. Belə ki, Krallıq Yəmən Ərəb Respublikasına 656,8 milyon ABŞ dolları məbləğində yardım edib. Bu rəqəm ölkəyə daxil olan ümumi humanitar yardımların 49,3 faizini təşkil edir və Səudiyyə Ərəbistanını Yəmən üzrə donor ölkələr arasında birinci yerə yüksəldir.

Bununla yanaşı, Suriya Ərəb Respublikasına 341,6 milyon ABŞ dolları həcmində yardım göstərilib. Bu məbləğ Suriyaya daxil olan ümumi yardımların 14,3 faizinə bərabər olmaqla, Səudiyyə Ərəbistanını donor ölkələr arasında ikinci yerə çıxarıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişaf Yardımı Komitəsinin (DAC) 2024-cü il hesabatında isə bildirilir ki, Səudiyyə Ərəbistanı “iştirakçı və müşahidəçi” statusuna malik 16 qeyri-üzv donor ölkə arasında həm yardımın ümumi həcminə, həm də onun Ümumi Milli Gəlirdəki (ÜMG) payına görə ikinci yerdə qərarlaşıb. Krallığın göstərdiyi yardımın ümumi məbləği 20,823 milyard Səudiyyə riyalı (təxminən 5,553 milyard ABŞ dolları) təşkil edib ki, bu da ÜMG-nin 0,45 faizinə bərabərdir.

Eyni hesabatın nəticələrinə görə, Səudiyyə Ərəbistanı həm üzv, həm də qeyri-üzv olmaqla 48 donor ölkə arasında inkişaf yardımlarının ümumi həcminə görə 10-cu, bu yardımların Ümumi Milli Gəlirdəki payına görə isə 14-cü yerdə qərarlaşıb.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Humanitar yardımların siyasi alət kimi istifadəsi #Səudiyyə Ərəbistanı humanitar yardımları #Səudiyyə Ərəbistanı donor ölkə #2025 humanitar yardım hesabatı #Maliyyə İzləmə Platforması (FTS) #Qlobal humanitar yardımlar #Səudiyyə Ərəbistanı Suriya yardımı #Humanitar yardım statistikası #Ərəb ölkələri humanitar yardımları #Krallığın humanitar siyasəti #Yəməndə humanitar böhran

Mövzu üzrə digər xəbərlər

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək

8 Sentyabr 20:55
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
İordaniya

Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya

8 Sentyabr 20:07
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Suriya

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub

8 Sentyabr 16:28

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.