6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Rusiya Suriyanın şimal-şərqindəki Qamışlı hava limanından qüvvələrini geri çəkir

Rusiya Silahlı Qüvvələrinin Suriyanın şimal-şərqində yerləşən Qamışlı hava limanındakı hərbi mövcudluğunu mərhələli şəkildə azaltmağa başladığı bildirilir. Beş suriyalı mənbənin məlumatına görə, Rusiya 2019-cu ildən bəri Qamışlı hava limanında yerləşdirdiyi hərbi kontingenti geri çəkmək qərarı verib. Bu addım Dəməşq hökumətinin ölkənin şimal və şərq bölgələrində nəzarəti kürd silahlı qüvvələrindən geri almağa çalışdığı bir dövrə təsadüf edir.

26 Yanvar 2026 20:02
Rusiya Suriyanın şimal-şərqindəki Qamışlı hava limanından qüvvələrini geri çəkir
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Rusiya Silahlı Qüvvələrinin Suriyanın şimal-şərqində yerləşən Qamışlı hava limanındakı hərbi mövcudluğunu mərhələli şəkildə azaltmağa başladığı bildirilir.

AzerVoice xəbər verir ki, KİV-lərin beş suriyalı mənbəyə istinadən verdiyi məlumatlara görə, Rusiya 2019-cu ildən bəri Qamışlı hava limanında yerləşdirdiyi hərbi kontingenti geri çəkmək qərarı verib. Bu addım Dəməşq hökumətinin ölkənin şimal və şərq bölgələrində nəzarəti kürd silahlı qüvvələrindən geri almağa çalışdığı bir dövrə təsadüf edir.

Mənbələrin bildirdiyinə görə, geri çəkilmə prosesi ötən həftədən başlayıb. Rusiya hərbi personalının və ağır texnikasının bir hissəsinin Suriyanın qərbindəki Hmeymim Hava Bazası istiqamətində daşındığı, digər hissəsinin isə Rusiyaya qaytarılmasının planlaşdırıldığı qeyd olunur. Suriyanın qərb sahil bölgəsindəki təhlükəsizlik mənbələri son iki gün ərzində Qamışlıdan Hmeymimə doğru hərbi nəqliyyat vasitələrinin və ağır silahların daşındığını təsdiqləyib.

Bu ay ərzində Suriya Prezidenti Əhməd əş-Şəraa rəhbərliyindəki hökumət qüvvələri ölkənin şimal və şərqində geniş əraziləri Suriya Demokratik Qüvvələrindən geri alıb. Tərəflər arasında mövcud olan kövrək atəşkəs isə şənbə günü daha 15 gün müddətinə uzadılıb.

KİV-lərin müşahidələrinə görə, bazada Rusiya bayraqları hələ də dalğalanır və uçuş-enmə zolağında Rusiya nişanları olan iki hərbi təyyarə qalmaqdadır. Rusiya Müdafiə Nazirliyi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Rusiya mətbuatında yayılan məlumatlara əsasən, Dəməşq hakimiyyəti kürd qüvvələrinin bölgədən çıxarılmasından sonra Qamışlı bazasının boşaldılmasını Moskvadan istəyə bilər. Bununla belə, Rusiya Suriyanın Aralıq dənizi sahilində yerləşən Hmeymim hava bazası və Tartus dəniz bazasındakı mövcudluğunu qorumağı planlaşdırır.

Prezident Əhməd əş-Şəraa ötən il Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Dəməşq və Moskva arasında əvvəlki razılaşmalara sadiq qalacağını bəyan etmişdi. Bu mövqe Rusiyanın Suriyadakı əsas hərbi obyektlərinin təhlükəsizliyinin qorunacağına işarə kimi qiymətləndirilir.

Məqalədə: #Rusiya Kamışlı hava limanından qüvvələrini geri çəkir #Moskva Suriyanın şimal-şərqində hərbi mövcudluğunu azaldır #Rusiya Kamışlıdan Hmeymimə hərbi texnika daşıyır #Suriyada qüvvələr balansı dəyişir: Rusiya geri addım atır #Kamışlı hava limanında Rusiya hərbi mərhələli çıxışa başlayıb #Rusiya Suriyanın şimal-şərqindəki bazanı tərk etməyə hazırlaşır #Rusya Kamışlı Havalimanı’ndan askerlerini çekiyor #Moskova Suriye’nin kuzeydoğusundaki varlığını azaltıyor #Rus askeri araçları Kamışlı’dan Hmeymim’e taşındı #Suriye’de dengeler değişiyor: Rusya geri çekiliyor #Kamışlı’da Rus askeri çekilme süreci başladı #Rusya kuzeydoğu Suriye’de üs boşaltıyor

Mövzu üzrə digər xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

08:08
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
11:30
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
11:07
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
11:02
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.