5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Birləşmiş Ərəb Əmirlikləri İrandan atılan 10 balistik raket və 45 PUA-nı zərərsizləşdirib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi bu gün İran tərəfindən atılan 10 balistik raketin və 45 pilotsuz uçuş aparatının (PUA) ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb. Nazirliyin verdiyi məlumata görə, İranın başlatdığı hücumlar çərçivəsində indiyədək BƏƏ ordusu ümumilikdə 314 balistik raket, 15 qanadlı raket və 1672 PUA-nı zərərsizləşdirib.

17 Mart 2026 16:18
Birləşmiş Ərəb Əmirlikləri İrandan atılan 10 balistik raket və 45 PUA-nı zərərsizləşdirib

BAKI, VOA, Nailə Babazadə

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi bu gün İran tərəfindən atılan 10 balistik raketin və 45 pilotsuz uçuş aparatının (PUA) ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.

VOA xəbər verir ki, nazirliyin verdiyi məlumata görə, İranın başlatdığı hücumlar çərçivəsində indiyədək BƏƏ ordusu ümumilikdə 314 balistik raket, 15 qanadlı raket və 1672 PUA-nı zərərsizləşdirib.

Açıqlamada həmçinin bildirilir ki, bu hücumlar nəticəsində indiyədək 2 BƏƏ hərbçisi, eləcə də Pakistan, Nepal, Banqladeş və Fələstin vətəndaşı olan 6 mülki şəxs həyatını itirib. Bundan əlavə, 157 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunub. Nazirlik ölkənin təhlükəsizliyini və suverenliyini qorumaq üçün hər cür təhdidə qarşı tam hazır vəziyyətdə olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevral tarixində Tehran və Vaşinqton arasında danışıqlar davam edərkən İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran da buna cavab olaraq İsrail ilə yanaşı ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, BƏƏ və Bəhreyn kimi ölkələrdəki hədəfləri atəşə tutub. ABŞ və İsrailin birbaşa İranı hədəf alan zərbələri nəticəsində İranın ali lideri Ayətullah Əli Xamenei də daxil olmaqla bir çox yüksək rütbəli rəsmi öldürülüb. İran tərəfinin məlumatına görə, ölkə daxilindəki hücumlarda ölənlərin sayı 1348-i keçib, yaralıların sayı isə 17 minə çatıb.

Məqalədə: #BƏƏ #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
BƏƏ

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb

4 Sentyabr 17:00
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

4 Sentyabr 12:38
Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib
İqtisadiyyat

Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

3 Sentyabr 14:34

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.