12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Yəmən hökuməti İranı regionu gərginləşdirməkdə ittiham etdi

Yəmənin rəsmi hökuməti İranın regiondakı fəaliyyətlərini və Husi qruplaşmasına verdiyi dəstəyi sərt şəkildə pisləyərək bunun ölkənin suverenliyinə birbaşa təhdid olduğunu bəyan edib. Hökumətin açıqlamasında bildirilib ki, İran Yəməni regional münaqişələrə cəlb etməyə çalışır və silahlı qruplaşmalar vasitəsilə dövlət institutlarını zəiflətmək siyasəti yürüdür. Rəsmi Səna bu cür addımların ölkənin sabitliyinə və təhlükəsizliyinə ciddi zərbə vurduğunu qeyd edib.

30 Mart 2026 12:38
Yəmən hökuməti İranı regionu gərginləşdirməkdə ittiham etdi

BAKI, VOA, Orxan Qədirzadə

Yəmənin rəsmi hökuməti İranın regiondakı fəaliyyətlərini və Husi qruplaşmasına verdiyi dəstəyi sərt şəkildə pisləyərək bunun ölkənin suverenliyinə birbaşa təhdid olduğunu bəyan edib.

VOA xəbər verir ki, hökumətin açıqlamasında bildirilib ki, İran Yəməni regional münaqişələrə cəlb etməyə çalışır və silahlı qruplaşmalar vasitəsilə dövlət institutlarını zəiflətmək siyasəti yürüdür. Rəsmi Səna bu cür addımların ölkənin sabitliyinə və təhlükəsizliyinə ciddi zərbə vurduğunu qeyd edib.

Bəyanatda vurğulanıb ki, müharibə və sülh məsələləri yalnız dövlət orqanlarının səlahiyyətində olmalıdır. Hökumət husilərin İsrailə qarşı hücumlarını qanunsuz hərbi fəaliyyət kimi qiymətləndirərək bunun nəticələrinə görə məsuliyyətin həmin qüvvələrin üzərinə düşdüyünü bildirib.

Qeyd olunub ki, İranın regionda apardığı siyasət digər ölkələrdə də münaqişələrin uzanmasına və dövlətlərin xarici təsir altına düşməsinə səbəb olub. Bu isə Yəmənin də oxşar təhlükə ilə üz-üzə qalmasına gətirib çıxarır.

Yəmən hökuməti xəbərdarlıq edib ki, bu siyasətin davam etməsi ölkənin milli təhlükəsizliyini, birliyini və sabitliyini ciddi risk altına qoyacaq, iqtisadi vəziyyəti daha da ağırlaşdıracaq, tədarük zəncirlərini pozacaq və enerji ilə ərzaq qiymətlərinin artmasına səbəb olacaq.

Eyni zamanda beynəlxalq ictimaiyyətə çağırış edərək Yəmənin suverenliyinə edilən müdaxilələrə qarşı qəti mövqe nümayiş etdirilməsi və qanunsuz hərbi fəaliyyətlərin dayandırılması üçün təzyiqlərin artırılması istənilib.

Digər tərəfdən, İsrail tərəfi Yəməndən buraxılan pilotsuz aparatların zərərsizləşdirildiyini açıqlayıb. Husilərin münaqişəyə qoşulması isə Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyi və enerji bazarları üçün əlavə risklər yaradıb.

Məqalədə: #Yəmən hökuməti İranı regionu gərginləşdirməkdə ittiham etdi #Husilərin hücumu: Səna sərt reaksiya verdi #İranın siyasəti Yəmənin suverenliyinə təhdid sayıldı #Yəmən hökuməti beynəlxalq ictimaiyyətə çağırış etdi #Qırmızı dənizdə risk artır – husilər münaqişəyə qoşuldu #Regionda eskalasiya: Yəməndən sərt bəyanat

Mövzu üzrə digər xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

18:31

Son Xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
21:42
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.