5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Livan Səhiyyə Nazirliyi ölkədə onlarla ölü və yüzlərlə yaralı olduğunu açıqlayıb

Livan Səhiyyə Nazirliyi İsrail ordusunun ölkə daxilində həyata keçirdiyi intensiv hava hücumları nəticəsində ilkin məlumatlara görə onlarla insanın həyatını itirdiyini, yüzlərlə insanın isə yaralandığını açıqlayıb. İsrail hərbi hava qüvvələrinin Livanın bir çox bölgəsini eyni vaxtda hədəf aldığı bildirilir.

8 Aprel 2026 17:18
Livan Səhiyyə Nazirliyi ölkədə onlarla ölü və yüzlərlə yaralı olduğunu açıqlayıb

BAKI,VOA, Nailə Babazadə

Livan Səhiyyə Nazirliyi İsrail ordusunun ölkə daxilində həyata keçirdiyi intensiv hava hücumları nəticəsində ilkin məlumatlara görə onlarla insanın həyatını itirdiyini, yüzlərlə insanın isə yaralandığını açıqlayıb.

VOA xəbər verir ki, İsrail hərbi hava qüvvələrinin Livanın bir çox bölgəsini eyni vaxtda hədəf aldığı bildirilir.

İsrail ordusu günorta saatlarında başda paytaxt Beyrut olmaqla, Livanın cənub və şərqindəki onlarla məntəqəyə koordinasiyalı zərbələr endirib. İsrail tərəfindən verilən rəsmi açıqlamada cəmi 10 dəqiqə ərzində fərqli bölgələrdəki 100 hədəfin eyni vaxtda vurulduğu qeyd edilib. Bu qısamüddətli, lakin dağıdıcı hücum dalğası ölkədə ciddi xaos və böyük insan itkisinə səbəb olub.

Səhiyyə Nazirliyi hazırda əsas prioritetin dağıntılar altında qalanların xilas edilməsi və yaralıların təcili şəkildə xəstəxanalara çatdırılması olduğunu vurğulayıb. Xüsusilə Beyrutun sıx məskunlaşmış məhəllələrində xilasetmə və tibbi yardım qruplarının maneəsiz hərəkət edə bilməsi üçün vətəndaşlardan yolları açıq saxlamaları xahiş olunub. Nazirlik yaralıların sayının çoxluğu səbəbindən xəstəxanalarda gərginliyin artdığını bildirərək əhaliyə çağırış edib.

Hazırda bir çox bölgədə enkaz altında qalan mülki şəxslərin çıxarılması üçün genişmiqyaslı xilasetmə işləri davam etdirilir.

Məqalədə: #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Livan-İsrail gərginliyi #Livan-İsrail münasibətləri #Suriya İsrail Livan geosiyasəti #Livan İsrail gərginliyi #Livan İsrail münasibətləri #İsrailin Livan hücumu

Mövzu üzrə digər xəbərlər

Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub
Livan

Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

3 Sentyabr 18:19
Hizbullah Livan hakimiyyətini İsrailə qarşı daha fəal addımlar atmağa çağırıb
Livan

Hizbullah Livan hakimiyyətini İsrailə qarşı daha fəal addımlar atmağa çağırıb

15 Avqust 18:41
İsrail qüvvələri Livanın cənubunda irəliləyib
Livan

İsrail qüvvələri Livanın cənubunda irəliləyib

8 Avqust 18:05
İsrailin hücumları cənubda yerləşdirilmə prosesinə mane olur - Livan ordusu
Türkiyə

İsrailin hücumları cənubda yerləşdirilmə prosesinə mane olur - Livan ordusu

26 İyul 15:56

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.