10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Livan atəşkəs razılaşmasına daxil deyil - Donald Tramp

Ağ Evin sözçüsü Karolayn Livitt də "Axios" xəbər saytına təsdiqləyib ki, Livan Vaşinqton və Tehran arasındakı razılaşmanın bir hissəsi deyil. Lakin bundan əvvəl "Associated Press" agentliyi danışıqlarda iştirak edən rəsmiyə istinadən Livanın da atəşkəsə daxil olduğunu xəbər vermişdi.

8 Aprel 2026 21:03
Livan atəşkəs razılaşmasına daxil deyil - Donald Tramp

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü verdiyi açıqlamada, sübh saatlarında İranla elan olunan atəşkəs razılaşmasının Livanı əhatə etmədiyini bildirib.

VOA xəbər verir ki, Tramp Amerikanın "PBS" şəbəkəsinə müsahibəsində Livanın "Hizbullah" faktoruna görə sövdələşmədən kənarda qaldığını qeyd edib. Prezidentin sözlərinə görə, İsrailin son hücumları "ayrıca bir döyüşdür" və bunu hər kəs bilir.

Ağ Evin sözçüsü Karolayn Livitt də "Axios" xəbər saytına təsdiqləyib ki, Livan Vaşinqton və Tehran arasındakı razılaşmanın bir hissəsi deyil. Lakin bundan əvvəl "Associated Press" agentliyi danışıqlarda iştirak edən rəsmiyə istinadən Livanın da atəşkəsə daxil olduğunu xəbər vermişdi.

Livanda "qanlı çərşənbə": 87 ölü, 700 yaralı

ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunduqdan bir neçə saat sonra İsrail ordusu Livana qarşı martın 2-dən bəri ən böyük hava hücumunu həyata keçirib. Livan Səhiyyə Nazirliyinin "Əl-Cəzirə"yə verdiyi ilkin məlumata görə, hücum nəticəsində 87 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Tramp və Netanyahu arasında gizli razılaşma?

"Axios"un məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəs elanından dərhal əvvəl Tramp ilə telefon danışığında Livan məsələsini qaldırıb. Mənbələr iddia edir ki, hər iki lider Livan cəbhəsində döyüşlərin davam etdirilməsi barədə razılığa gəliblər. Ağ Ev isə Livanın İranla olan atəşkəsi pozacağından narahat deyil.

İsrail cəbhələri ayırmağa çalışır

İsrailin müdafiə naziri İsrail Katz bildirib ki, Təl-Əviv İranla olan müharibəni Livan cəbhəsindən ayırmaqda israrlıdır. O, bunu "Livanın reallığını dəyişmək və İsrailin şimalına olan təhdidləri aradan qaldırmaq" məqsədilə etdiklərini iddia edib.

İranın "atəşkəsdən çəkilmə" hədəsi

"Wall Street Journal"ın məlumatına görə, Tehran regional vasitəçilərə xəbərdarlıq edib ki, əgər Livanda atəşkəs bərqərar olmazsa, İran İslamabaddakı danışıqlardan geri çəkilə bilər. İran tərəfi həmçinin Hörmüz boğazını yenidən bağlayacağı və İsrail də daxil olmaqla region ölkələrinə zərbələr endirəcəyi ilə hədələyib.

İranın "Press TV" kanalı yüksək rütbəli təhlükəsizlik rəsmisinə istinadən xəbər verib ki, İsrailin bu kövrək atəşkəsi pozması fonunda İran hər an "hərtərəfli müdafiə hücumuna" başlaya bilər. "Təsnim" agentliyi isə İran Silahlı Qüvvələrinin artıq cavab zərbələri üçün hədəfləri müəyyənləşdirdiyini bildirib.

Pakistan: "Pozuntular sülh prosesini sarsıdır"

Vasitəçi rolunu oynayan Pakistanın Baş naziri Şahbaz Şərif xəbərdarlıq edib ki, bəzi bölgələrdəki atəşkəs pozuntuları sülh ruhuna ziddir. O, razılaşmanın "Livan da daxil olmaqla hər yeri" əhatə etdiyini israrla xatırladaraq, tərəfləri təmkinli olmağa çağırıb.

Qeyd edək ki, İsrail ordusu cəmi 10 dəqiqə ərzində Livanın 100-dən çox nöqtəsini hədəf aldığını rəsmən bəyan edib.

Məqalədə: #Donald Tramp #Şahbaz Şərif #Donald Trampın İran atəşkəs bəyanatı və Livan istisnası 2026 #İranın İslamabad sülh danışıqlarından geri çəkilmə şərtləri və Hörmüz boğazı #İsrailin Livana son hava hücumları və atəşkəs sonrası itkilər 2026 #ABŞ və İran arasındakı 10 bəndlik sülh planı və sanksiyaların ləğvi #Pakistanın vasitəçiliyi ilə əldə olunan iki həftəlik atəşkəsin pozulma səbəbləri

Mövzu üzrə digər xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.