6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Radikal yəhudilər Əl-Əqsa məscidinə basqın etdi

Bu gün, bazar ertəsi, İsrail işğal qüvvələrinin ciddi mühafizəsi altında onlarla yəhudi Əl-Əqsa məscidinə daxil olaraq Qübbətüs-Səxra qarşısında “epik səcdə” adlanan dini ayini icra ediblər. Basqına radikal baxışları ilə tanınan israilli haham Eyal Tsinov rəhbərlik edib. O, Qübbətüs-Səxraya aparan pilləkənlərdə dua edərək müsəlmanların hisslərini təhqir edən addım atıb.

13 Aprel 2026 22:47
Radikal yəhudilər Əl-Əqsa məscidinə basqın etdi

BAKI,VOA

Bu gün, bazar ertəsi, İsrail işğal qüvvələrinin ciddi mühafizəsi altında onlarla yəhudi Əl-Əqsa məscidinə daxil olaraq Qübbətüs-Səxra qarşısında “epik səcdə” adlanan dini ayini icra ediblər. Basqına radikal baxışları ilə tanınan israilli haham Eyal Tsinov rəhbərlik edib. O, Qübbətüs-Səxraya aparan pilləkənlərdə dua edərək müsəlmanların hisslərini təhqir edən addım atıb.

VOA xəbər verir ki,Qüds İslam Əmlak İdarəsinin açıqlamasına görə, gün ərzində səhər və axşam saatlarında ümumilikdə 215 radikal yəhudi Bab əl-Məğaribə qapısından keçərək məscidə daxil olub. “Epik səcdə” tam şəkildə yerə uzanmaqla icra olunur və yəhudi dini ənənələrində ən yüksək itaət forması sayılır.

Bununla yanaşı, məskunlaşanlar köhnə şəhərdə yerləşən Qattanin bazarında dəmir qapı quraşdıraraq tarixi məkanın bir hissəsini kəsiblər. Fələstin tərəfi bu addımı “tarixi abidəyə hücum və bölgənin yəhudiləşdirilməsi cəhdi” kimi qiymətləndirib. Polis isə qapının sökülməsi ilə bağlı yerli əhalinin müraciətini rədd edib, məsuliyyəti üzərindən ataraq məskunlaşanlara dolayı dəstək verdiyi barədə şübhələr yaradıb.

Digər tərəfdən, Vadi Hilve Məlumat Mərkəzi bildirib ki, İsrail bələdiyyəsi Qüdsdə iki evi sökməyə məcbur edib. Nəticədə 16 fələstinli, o cümlədən dörd ailə, bazar ertəsi gecəsi evsiz qalıb. Sökülən evlərdən biri 1975-ci ildən, digəri isə 2012-ci ildən mövcud idi.

Məqalədə: #Şərqi Qüds #Əl-Əqsa məscidi #Qübbətüs-Səxra ornamentləri #Qüdsdəki Qaya Qübbəsi #Qübbətüs-Səxra #İsrailli məskunlaşanlar #Eyal Tsinov #Qattanin bazarı #Ev söküntüləri #Yəhudiləşdirmə siyasəti

Mövzu üzrə digər xəbərlər

Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib
Fələstin

Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

1 Sentyabr 19:20
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub
Digər Dövlətlər

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

31 Avqust 20:16
İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT
Fələstin

İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

31 Avqust 18:33
İslam memarlığının 8 şah əsəri hansılardır?
İslam və Tarix

İslam memarlığının 8 şah əsəri hansılardır?

30 Avqust 09:16

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.