8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə Ərəbistanı Livanda fransız sülhməramlılarına qarşı hücumu sərt şəkildə pisləyib

Səudiyyə Ərəbistanı zorakılığın bütün formalarını qəti şəkildə rədd edir. Bu bəyanatla Krallığın Xarici İşlər Nazirliyi çıxış edib. Rəsmi Riyad Livanın cənubunda Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibindəki Fransa kontingentinə qarşı törədilən və bir əsgərin ölümü, bir neçəsinin yaralanması ilə nəticələnən hücumu kəskin şəkildə pisləyib.

18 Aprel 2026 21:37
Səudiyyə Ərəbistanı Livanda fransız sülhməramlılarına qarşı hücumu sərt şəkildə pisləyib

BAKI,VOA, Nailə Babazadə

Səudiyyə Ərəbistanı zorakılığın bütün formalarını qəti şəkildə rədd edir.

VOA xəbər verir ki, bu bəyanatla Krallığın Xarici İşlər Nazirliyi çıxış edib.

Rəsmi Riyad Livanın cənubunda Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibindəki Fransa kontingentinə qarşı törədilən və bir əsgərin ölümü, bir neçəsinin yaralanması ilə nəticələnən hücumu kəskin şəkildə pisləyib.

Nazirlik tərəfindən yayılan rəsmi bəyanatda vurğulanıb ki, bu növ hücumlar, xüsusilə onların təkrarlanan xarakter alması fonunda mütləq şəkildə cəzalandırılmalı və məsuliyyət daşıyanlar qanun qarşısında cavab verməlidirlər. Səudiyyə Ərəbistanı UNIFIL missiyasına dəstəyini ifadə edərək, Fransa hökumətinə və xalqına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, hadisə Livanın cənubunda yolun təmizlənməsi zamanı baş verib. UNIFIL və Fransa rəsmilərinin verdiyi məlumata görə, hücum nəticəsində bir fransız əsgəri həlak olub, üçü isə yaralanıb (onlardan ikisinin vəziyyəti ağırdır). Rəsmi Paris bu hücumun böyük ehtimalla İran tərəfindən dəstəklənən "Hizbullah" qruplaşması tərəfindən törədildiyini bildirib.

Fransa Prezidenti Emmanuel Makron Livan Prezidenti Cozef Aun və Baş nazir Nəvaf Səlam ilə keçirdiyi telefon danışıqlarında bu hadisəni "qəbulolunmaz hücum" kimi qiymətləndirərək pisləyib.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Livan #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Livan-İsrail gərginliyi #Bəhreyn Krallığı #Livan İsrail gərginliyi #Livanın cənubu UNIFIL

Mövzu üzrə digər xəbərlər

Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
Yəmən

Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub

15:59
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır

14:48
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
Suriya

BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib

14:09
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir

12:18

Son Xəbərlər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
16:20
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
16:08
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
15:59
Dubayda dermatologiya və lazer üzrə beynəlxalq sərginin 25-ci buraxılışı başlayıb
Dubayda dermatologiya və lazer üzrə beynəlxalq sərginin 25-ci buraxılışı başlayıb
15:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.