12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Livandan çəkilmədən razılaşma olmayacaq - Nəvvaf Salam

Livan hökuməti İsrail qüvvələrinin tam geri çəkilməsi olmadan hər hansı razılaşmanı qəbul etməyəcəyini bəyan edib. Livanın baş naziri Nəvvaf Salam verdiyi açıqlamada ölkəsinin mövqeyinin dəyişməz olduğunu vurğulayıb. O bildirib ki, İsrailin Livan ərazisindən tam çıxması istənilən razılaşmanın əsas şərtidir və bu tələb yerinə yetirilmədən sənəd imzalanmayacaq.

23 Aprel 2026 16:13
İsrail Livandan çəkilmədən razılaşma olmayacaq - Nəvvaf Salam

BAKI,VOA, Orxan Qədirzadə

Livan hökuməti İsrail qüvvələrinin tam geri çəkilməsi olmadan hər hansı razılaşmanı qəbul etməyəcəyini bəyan edib.

VOA xəbər verir ki, Livanın baş naziri Nəvvaf Salam verdiyi açıqlamada ölkəsinin mövqeyinin dəyişməz olduğunu vurğulayıb.

O bildirib ki, İsrailin Livan ərazisindən tam çıxması istənilən razılaşmanın əsas şərtidir və bu tələb yerinə yetirilmədən sənəd imzalanmayacaq.

Baş nazir həmçinin ABŞ administrasiyasını İsrailə təzyiq göstərməyə çağıraraq, hərbi əməliyyatların dayandırılmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, Livan ərazisində “bufer zona” yaradılması qəbuledilməzdir, çünki bu, məcburi köçkünlərin öz evlərinə qayıdışını məhdudlaşdırır.

Nəvvaf Salam vurğulayıb ki, ölkədə silahın yalnız dövlətin nəzarətində olması milli maraqlara uyğundur və paralel silahlı strukturların mövcudluğu qəbuledilməzdir.

O qeyd edib ki, silahsızlaşdırma prosesi mərhələli şəkildə həyata keçiriləcək və bu istiqamətdə artıq müəyyən addımlar atılıb.

Baş nazir beynəlxalq tərəfdaşlara müraciət edərək Livan ordusunun gücləndirilməsi üçün maliyyə və texniki dəstəyə ehtiyac olduğunu bildirib.

Eyni zamanda, o, ölkədə humanitar vəziyyətin ağır olduğunu vurğulayaraq, yenidənqurma işləri üçün əlavə maliyyə resurslarının ayrılmasını istəyib.

Məqalədə: #Yaxın Şərq münaqişəsi #Livan ordusu #Livan hökuməti #İsrail geri çəkilmə #Livan İsrail geri çəkilmə şərtləri 2026 #Beyrutun diplomatik mövqeyi analizi #Livan bufer zona mübahisəsi #Yaxın Şərqdə sülh danışıqları #Livan ordusunun gücləndirilməsi planı

Mövzu üzrə digər xəbərlər

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya

Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir

13:01
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətər

Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi

09:45

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.