4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə Ərəbistanı Həcc mövsümü üçün nəqliyyat sistemini genişləndirir - Hansı yeniliklər var?

Səudiyyə Ərəbistanı Həcc mövsümü ərəfəsində zəvvarların təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə yol infrastrukturunun genişmiqyaslı yenilənməsini həyata keçirir. Ölkənin yollar üzrə məsul qurumu olan Yollar üzrə Baş İdarə avtomobil yollarında təhlükəsizlik və səmərəliliyin artırılması üçün müasir texnologiyalar tətbiq edir. Qurum bu məqsədlə yüksək dəqiqlikli kameralar və lazer sensorlarla təchiz olunmuş xüsusi texniki vasitələrdən istifadə edir.

4 May 2026 10:47
Səudiyyə Ərəbistanı Həcc mövsümü üçün nəqliyyat sistemini genişləndirir - Hansı yeniliklər var?

BAKI,VOA Orxan Qədirzadə

Səudiyyə Ərəbistanı Həcc mövsümü ərəfəsində zəvvarların təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə yol infrastrukturunun genişmiqyaslı yenilənməsini həyata keçirir.

VOA xəbər verir ki, ölkənin yollar üzrə məsul qurumu olan Yollar üzrə Baş İdarə avtomobil yollarında təhlükəsizlik və səmərəliliyin artırılması üçün müasir texnologiyalar tətbiq edir. Qurum bu məqsədlə yüksək dəqiqlikli kameralar və lazer sensorlarla təchiz olunmuş xüsusi texniki vasitələrdən istifadə edir.

Bildirilir ki, tətbiq olunan texnologiyalar yol səthində çatlar və digər qüsurları 0,05 millimetr dəqiqliklə müəyyən etməyə imkan verir. Bu isə xüsusilə Həcc dövründə yolların daha operativ şəkildə təmirinə və istifadəyə hazır vəziyyətdə saxlanılmasına şərait yaradır.

Qeyd olunur ki, layihə çərçivəsində yol-nəqliyyat hadisələrinin sayının azaldılması və zəvvarların müqəddəs məkanlar arasında daha rahat hərəkəti əsas prioritetlərdəndir.

Bu təşəbbüs Nəqliyyat və Logistika Xidmətləri Nazirliyi tərəfindən həyata keçirilən geniş nəqliyyat hazırlıq planının tərkib hissəsidir. Plan hava, dəmir yolu, avtomobil və dəniz nəqliyyatını əhatə edir.

Məlumata əsasən, Həcc mövsümü üçün aviasiya sektorunda 12 min reys üzrə 3,1 milyondan çox sərnişin yeri ayrılıb, əsas hava limanlarında minlərlə əməkdaş xidmət göstərəcək.

Dəmir yolu nəqliyyatı vasitəsilə milyonlarla zəvvarın daşınması planlaşdırılır. Bu çərçivədə Məşair Metro xətti və Haraməyn yüksək sürətli dəmir yolu əsas rol oynayacaq.

Bundan əlavə, avtomobil nəqliyyatı üzrə 33 min avtobus və 5 min taksi xidmətə cəlb ediləcək, logistika və dəniz daşımaları sahəsində də əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, görülən tədbirlər Həcc ziyarəti zamanı milyonlarla zəvvar üçün təhlükəsiz, fasiləsiz və koordinasiyalı nəqliyyat sisteminin təmin edilməsinə yönəlib.

Məqalədə: #Həcc #Həcc 2026 #Səudiyyə Ərəbistanı Həcc nəqliyyat #yol infrastrukturu yenilənmə #zəvvar təhlükəsizlik logistika #metro dəmir yolu Həcc #aviasiya reys sərnişin axını #nəqliyyat sistemi koordinasiya

Mövzu üzrə digər xəbərlər

Həcc 2027 üçün yeni qaydalar təsdiqləndi: Zəvvarların qalacağı yerlər necə olacaq?
Səudiyyə Ərəbistanı

Həcc 2027 üçün yeni qaydalar təsdiqləndi: Zəvvarların qalacağı yerlər necə olacaq?

15 Avqust 22:54
Səudiyyə Ərəbistanı zəvvarlar üçün yeni Ümrə vizası qaydalarını açıqlayıb
Yaxın Şərq

Səudiyyə Ərəbistanı zəvvarlar üçün yeni Ümrə vizası qaydalarını açıqlayıb

20 İyul 21:10
Səudiyyədən ümrə şirkətlərinə xəbərdarlıq
Yaxın Şərq

Səudiyyədən ümrə şirkətlərinə xəbərdarlıq

17 May 18:50
Şahzadə Səud bin Mişal Həcc hazırlıqlarını yoxlayıb
Digər Dövlətlər

Şahzadə Səud bin Mişal Həcc hazırlıqlarını yoxlayıb

4 May 22:30

Son Xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.