6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahuya qarşı korrupsiya məhkəməsi təxirə salındı - Əfv sazişi müzakirə olunur

İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı korrupsiya ittihamları ilə bağlı bu gün keçirilməsi planlaşdırılan məhkəmə iclası ləğv edilib. Məlumata əsasən, İsrail Ordusunun radiosu vəkil heyətindən daxil olan müraciətdən sonra Baş nazirin ifadə verməli olduğu iclasın baş tutmayacağını təsdiqləyib. Eyni zamanda, ölkənin Baş prokuroru Qali Baharav-Miara Netanyahunun müdafiə tərəfi ilə cinayət işi üzrə mümkün "təqsiri etiraf etmə" razılaşmasına dair ilkin məsləhətləşmələrə razılıq verib.

4 May 2026 11:47
Netanyahuya qarşı korrupsiya məhkəməsi təxirə salındı - Əfv sazişi müzakirə olunur

BAKI,VOA Orxan Qədirzadə

İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı korrupsiya ittihamları ilə bağlı bu gün keçirilməsi planlaşdırılan məhkəmə iclası ləğv edilib.

VOA xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Məlumata əsasən, İsrail Ordusunun radiosu vəkil heyətindən daxil olan müraciətdən sonra Baş nazirin ifadə verməli olduğu iclasın baş tutmayacağını təsdiqləyib. Eyni zamanda, ölkənin Baş prokuroru Qali Baharav-Miara Netanyahunun müdafiə tərəfi ilə cinayət işi üzrə mümkün "təqsiri etiraf etmə" razılaşmasına dair ilkin məsləhətləşmələrə razılıq verib.

Xəbərdə qeyd olunur ki, hazırda Netanyahuya qarşı irəli sürülmüş korrupsiya və rüşvətxorluq ittihamları üzrə əfv sərəncamının imzalanması məqsədilə gizli vasitəçilik prosesi aparılır. Danışıqların İsrail Prezidenti İshaq Hersoq, hökumətin vəkil heyəti və prokurorluq nümayəndələri arasında baş tutduğu bildirilir.

Prezident ofisindən verilən açıqlamaya görə, bu addım məhkəmədənkənar razılaşmanın əldə olunması üçün bir başlanğıcdır. Benyamin Netanyahu hələ ötən ilin noyabr ayında ölkədəki daxili parçalanmanı əsas gətirərək əfv olunması üçün müraciət etmişdi.

Xatırladaq ki, 2020-ci ildən bəri davam edən məhkəmə prosesində Baş nazir üç ayrı cinayət işi üzrə ittiham olunur. İttihamlar sübuta yetiriləcəyi təqdirdə onu həbs cəzası gözləyir. ABŞ Prezidenti Donald Trampın da dəfələrlə İsrail tərəfinə Netanyahunun əfv edilməsi ilə bağlı çağırışlar etdiyi qeyd olunur.

Məqalədə: #Məhkəmə prosesi #vəzifə səlahiyyətlərindən sui-istifadə #Korrupsiya ittihamı #Məhkəmə iclasının ləğvi #İttihamın etirafı sazişi #Korrupsiya və rüşvətxorluq işi #Korrupsiya və rüşvətxorluq işi -Benyamin Netanyahu #Hüquqi toxunulmazlıq #Prezident əfvi #Vəsatət üzrə danışıqlar #Məhkəmədənkənar razılaşma #Hüquq məsləhətçisinin rəyi #İsrailin daxili siyasəti

Mövzu üzrə digər xəbərlər

Suriyada keçmiş rejim rəsmilərinin mühakiməsi hüquqi boşluqlarla üzləşir: Cəzasızlıq riski gündəmdədir
ArabAZ təhlil mərkəzi

Suriyada keçmiş rejim rəsmilərinin mühakiməsi hüquqi boşluqlarla üzləşir: Cəzasızlıq riski gündəmdədir

11 İyun 06:00
2024-cü ildə İsrail hərbi əlaqəli zavoda hücumla bağlı dörd fələstinpərəst fəal məhkum edilib
Digər Dövlətlər

2024-cü ildə İsrail hərbi əlaqəli zavoda hücumla bağlı dörd fələstinpərəst fəal məhkum edilib

5 May 19:11
Ruben Vardanyanın məhkəməsində məhkəmə baxışı başa çatıb, hakimlər müşavirəyə gedib
Siyasət

Ruben Vardanyanın məhkəməsində məhkəmə baxışı başa çatıb, hakimlər müşavirəyə gedib

10 Fevral 18:52
Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub - DTX
Siyasət

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub - DTX

15 Dekabr 2025 11:59

Son Xəbərlər

Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.