6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Cənubi Livanda humanitar böhran dərinləşir: yüz minlərlə insan didərgin düşür

İsrailin cənubi Livanda davam edən intensiv hava hücumları və geniş təxliyə əmrləri bölgədə humanitar vəziyyəti kritik həddə çatdırıb. Beynəlxalq Qızıl Xaç Komitəsi yüz minlərlə insanın didərgin düşdüyünü və yaşayış məntəqələrinin ağır bombardman altında qaldığını bildirir.

28 May 2026 18:39
Cənubi Livanda humanitar böhran dərinləşir: yüz minlərlə insan didərgin düşür

BAKI,VOA,Yusif Şərifzadə

İsrailin cənubi Livanda davam etdirdiyi intensiv hava hücumları və genişmiqyaslı təxliyə əmrləri bölgədə humanitar vəziyyəti daha da ağırlaşdırıb.

VOA xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (ICRC) məlumatına görə, Livanın cənubunda qalan mülki əhali üçün vəziyyət artıq “davamolunmaz həddə” çatıb.

Məlumata əsasən, Sur (Tyre) şəhərinə sığınan məcburi köçkünlərin böyük hissəsi daha cənub bölgələrindən təhlükəsizlik məqsədilə bölgəni tərk edərək buraya gəlib.

İsrail ordusu isə Sur şəhəri və Zəhrani çayının cənubunda yerləşən bütün ərazilər üçün məcburi köçürülmə əmri elan edib. Bildirilir ki, həmin zona İsrail sərhədindən təxminən 40 kilometr uzaqlığa qədər uzanır və burada əvvəllər yüz minlərlə insanın yaşadığı onlarla şəhər və kənd yerləşir.

Martın 2-dən bəri davam edən qarşıdurmalar və İsrailin ardıcıl hava hücumları nəticəsində çox sayda insan artıq bölgəni tərk etmək məcburiyyətində qalıb.

Son günlərdə Sur şəhəri və Livanın cənubundakı digər yaşayış məntəqələrində yaşayış binalarını hədəf alan ən ağır bombardmanlardan bəzilərinin həyata keçirildiyi bildirilir.

Hazırda əsas problemlərdən biri yüz minlərlə insanın yerləşdirilməsi məsələsidir. Köçkünlərin bir hissəsi cənubdakı Sayda şəhərinə üz tutsa da, dövlət sığınacaqlarında yer qalmadığı üçün ciddi sıxlıq yaranıb. Digər ailələrin isə Beyrut istiqamətində hərəkət etdiyi qeyd olunur.

Humanitar təşkilatlar xəbərdarlıq edirlər ki, davam edən bombardmanlar nəticəsində bölgədə humanitar böhran sürətlə dərinləşir. Son hücumlarda onlarla insanın həyatını itirdiyi, bəzi hallarda isə bütöv ailələrin dağıntılar altında qaldığı bildirilir.

Məqalədə: #İsrail #Livan #Yaxın Şərq #humanitar böhran #hava hücumu #məcburi köç #Mülki əhali #Sur şəhəri #Beynəlxalq Qızıl Xaç #bombardman

Mövzu üzrə digər xəbərlər

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Filmoskop

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?

10:00
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

00:10
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.