İsrailli məskunlaşanların zorakılığı fələstinli ailələri yoxsullaşdırır - Hesabat
İordan çayının qərb sahilində israilli məskunlaşanların zorakılığı nəticəsində evlərini tərk edən fələstinli ailələrin vəziyyətinin ağırlaşdığı açıqlanıb. Yeni hesabata görə, köçkün ailələrin 86 faizi əvvəlkindən daha pis şəraitdə yaşadıqlarını bildirir. Hesabatda məcburi köçün uzunmüddətli humanitar böhranın bir hissəsi olduğu vurğulanır. Ailələr evdən çıxarılmaq, gəlir mənbələrini itirmək və əsas xidmətlərdən məhrum olmaq təhlükəsi ilə üzləşirlər. Sorğuda iştirak edənlərin yarısı yaxın altı ay ərzində yenidən köçürülə biləcəklərindən narahatdır. Ailələrin böyük hissəsi torpaqlarına və mal-qarasına çıxışın məhdudlaşdırılması səbəbindən əsas ehtiyaclarını ödəyə biləcək gəlirdən məhrum olduqlarını bildiriblər. Hesabat müəllifləri vəziyyətin humanitar böhranı daha da dərinləşdirdiyini qeyd edirlər.
Qəzzada vəziyyət pisləşir: hərbi əməliyyatlar, köç və xəstəliklər artır
Qəzzada humanitar vəziyyət getdikcə pisləşir. BMT-nin hesabatına görə, atəşkəsdən sonra 1005 nəfər həyatını itirib, 3157 nəfər yaralanıb. İsrail qüvvələrinin irəliləməsi onlarla ailənin köçməsinə səbəb olub. Yanacaq çatışmazlığı yardım əməliyyatlarını ciddi şəkildə məhdudlaşdırır. Sığınacaqlarda sıxlıq və su qıtlığı xəstəliklərin yayılmasına şərait yaradır. Həşərat və siçovulların artması əlavə risklər yaradır. Humanitar təşkilatlar vəziyyətin kritik olduğunu bildirir. Bölgədə böhran dərinləşir.
İsrail ordusu Livanın cənubunda daha 6 yaşayış məntəqəsi üçün təxliyə əmri verib
İsrail ordusu Livanın cənubunda yerləşən daha altı şəhər və kənd üçün təxliyə əmri verərək yaxın zamanda hücumlar həyata keçiriləcəyini açıqlayıb. Son günlər bölgədə həm bombardmanların, həm də məcburi köçürülmə xəbərdarlıqlarının artması atəşkəsin davamlılığı ilə bağlı narahatlıqları gücləndirib.
Cənubi Livanda humanitar böhran dərinləşir: yüz minlərlə insan didərgin düşür
İsrailin cənubi Livanda davam edən intensiv hava hücumları və geniş təxliyə əmrləri bölgədə humanitar vəziyyəti kritik həddə çatdırıb. Beynəlxalq Qızıl Xaç Komitəsi yüz minlərlə insanın didərgin düşdüyünü və yaşayış məntəqələrinin ağır bombardman altında qaldığını bildirir.
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
«Bakı Fəaliyyətə Çağırış» sənədində məcburi evdən çıxarma və məcburi köç hallarının beynəlxalq hüququ pozan və mənzil təhlükəsizliyinə mənfi təsir göstərən praktikalar olduğu vurğulanır. Sənəd çağırış edir ki, hüquqi təminatlar, preventiv mexanizmlər, monitorinq və hesabatlılıq sistemləri gücləndirilsin, icmaların iştirakı və yerində modernləşdirmə tətbiq edilsin, eyni zamanda köçün qarşısının alınmasının mümkün olmadığı hallarda adekvat kompensasiya və alternativ həllər təmin olunsun.
Fələstinlilər İordan çayının qərb sahilində köçürülmə təzyiqləri ilə üzləşir
İordan çayının qərb sahilində fələstinlilər İsrail hökumətinin köçürülmə təzyiqləri ilə üzləşir; sakinlər minimal şəraitdə yaşasa da, təzyiqlərə qarşı möhkəm iradə nümayiş etdirirlər və gedəcək alternativ yerləri yoxdur.
İsrail Ordusu “Sarı Xətt” iirəli çəkərək Fələstinliləri sıxışdırır
İsrail ordusu tədricən “Sarı Xətt”i irəli çəkərək Qəzzada fələstinlilərin yaşayış sahələrini daraldır. Son həftələrdə mülki obyektlərə hücumlar gündəlik xarakter alıb; son 24 saatda 8 nəfər ölüb, onlarla insan yaralanıb.
Atəşkəsin uzadılması Livanın cənubunda gərginliyi azaltmadı
Atəşkəs müddətinin uzadılmasına baxmayaraq, Livanın cənubunda hava hücumları və artilleriya atəşləri davam edir. Bölgədə təhlükəsizlik vəziyyətinin pisləşməsi nəticəsində bir milyondan çox insanın yaşayış yerlərini tərk etdiyi bildirilir.
BMT: İsrailin Livana hücumları nəticəsində martın 2-dən bəri 200 uşaq həlak olub
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) bildirib ki, martın 2-dən bəri Livanda davam edən İsrail hücumları nəticəsində ən azı 200 uşaq həyatını itirib. UNICEF-in açıqlamasına görə, son bir həftə ərzində belə “atəşkəs” rejiminə baxmayaraq, ölkədə ən azı 59 uşaq ya həlak olub, ya da yaralanıb.
BMT İsrailin Qəzza işğal planını dərhal dayandırmağa çağırır
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İsrail ordusunun Qəzza zolağına tam nəzarət üçün hazırladığı planın beynəlxalq hüquqa zidd olduğunu və dərhal dayandırılmalı olduğunu bildirib. Türk qeyd edib ki, bu plan kütləvi məcburi köçkünlüklərə, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olacaq.
Bu il milyonlarla qaçqın BMT-nin yardımından məhrum qala bilər
Bu il humanitar büdcələrdəki kəskin azalmaya görə təxminən 11,6 milyon qaçqın və digər məcburi köçkünlər BMT-nin yardımından məhrum qala bilər.