10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Atəşkəsin uzadılması Livanın cənubunda gərginliyi azaltmadı

Atəşkəs müddətinin uzadılmasına baxmayaraq, Livanın cənubunda hava hücumları və artilleriya atəşləri davam edir. Bölgədə təhlükəsizlik vəziyyətinin pisləşməsi nəticəsində bir milyondan çox insanın yaşayış yerlərini tərk etdiyi bildirilir.

16 May 2026 19:23
Atəşkəsin uzadılması Livanın cənubunda gərginliyi azaltmadı

BAKI,VOA Yusif Şərifzadə

Livanın cənubunda təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqlar davam edir.

VOA xəbər verir ki, səhər saatlarından etibarən Sur şəhəri üzərində döyüş təyyarələrinin uçuş səsləri eşidilib. Eyni zamanda, şəhər üzərində aşağı hündürlükdə pilotsuz uçuş aparatının müşahidə olunduğu bildirilib.

Məlumata görə, Sur şəhəri və ətraf yaşayış məntəqələri də hava hücumlarının hədəfinə çevrilib. Cənubda yerləşən Mənsuriyyə qəsəbəsinə güclü hava zərbəsi endirilib. Qlailə və əl-Hənniyyə qəsəbələrinin isə artilleriya atəşinə məruz qaldığı qeyd olunub.

Bundan əlavə, Nəbatiyyə rayonu istiqamətində iki binanın hədəfə alındığı, onlardan birinin zərər gördüyü bildirilib.

Atəşkəs müddətinin uzadılmasına baxmayaraq, çox sayda sakin bölgənin təhlükəsiz olmadığını düşünərək əraziləri tərk etməyə başlayıb. Məcburi köçürülmə göstərişi verilən Sayda bölgələrindən də geniş insan axınının qeydə alındığı bildirilir.

Məlumata əsasən, hadisələr əsasən yaşayış məhəllələrində, biznes obyektlərində və bəzi hallarda səhiyyə müəssisələrinin yaxınlığında baş verir. Feldşerlər və təcili yardım avtomobillərinin də hücumlara məruz qaldığı qeyd olunur.

Hazırda bir milyondan çox insanın yaşayış yerlərini tərk etdiyi və bölgədə humanitar böhranın dərinləşdiyi bildirilir. Mövcud vəziyyətin yaxın zamanda sabitləşəcəyinə dair əlamətlərin müşahidə olunmadığı vurğulanır.

Məqalədə: #Livan #atəşkəs #humanitar böhran #məcburi köç #Hava hücumları #Mülki əhali #Yaxın Şərq böhranı #Livanın cənubunda son vəziyyət #təhlükəsizlik vəziyyəti #Sur şəhəri #Nəbatiyyə #atəşkəsdən sonra Livanda baş verən hadisələr #Livan humanitar böhranı haqqında məlumat #hava hücumları nəticəsində köç edən insanlar

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10:02
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39

Son Xəbərlər

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.