12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Livanın cənubunda mülki itkilər artır

İsrailin Livanın Sur şəhərində motosikleti hədəf alan hücumu nəticəsində iki Suriya vətəndaşı, o cümlədən bir uşaq həlak olub. Hadisə Livan ordusunun kazarması yaxınlığında baş verib və bölgədə mülki itkilərlə bağlı narahatlıqları daha da artırıb.

28 May 2026 19:26
Livanın cənubunda mülki itkilər artır

BAKI,VOA,Yusif Şərifzadə

İsrailin Livanın cənubundakı Sur şəhərinə endirdiyi hava hücumu nəticəsində iki nəfərin, o cümlədən bir uşağın həyatını itirdiyi bildirilir.

VOA xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin (NNA) məlumatına əsasən, İsrailin Sur (Tyre) şəhərində motosikleti hədəf alan hücumu nəticəsində iki Suriya vətəndaşı həlak olub.

Məlumat Livan Səhiyyə Nazirliyinə istinadən yayılıb. Bildirilir ki, hücum şəhərdə Livan ordusuna məxsus kazarma yaxınlığında baş verib.

Hadisədən sonra təhlükəsizlik qüvvələri və təcili yardım briqadalarının əraziyə cəlb olunduğu qeyd edilir. Hücumun detalları ilə bağlı əlavə rəsmi məlumat hələlik açıqlanmayıb.

Son günlər Sur şəhəri və Livanın cənub bölgələri İsrailin intensiv hava zərbələri və bombardmanları ilə üzləşir. Bölgədə davam edən hərbi əməliyyatlar mülki əhali arasında itkilərlə bağlı narahatlıqları daha da artırıb.

Beynəlxalq humanitar təşkilatlar yaşayış məntəqələrinin hədəfə alınmasının humanitar vəziyyəti ağırlaşdırdığını və minlərlə insanın təhlükə altında qaldığını bildirirlər.

Regionda İsrail və Hizbullah arasında davam edən qarşıdurmaların daha genişmiqyaslı eskalasiyaya çevrilə biləcəyi ilə bağlı qorxular da artır.

Məqalədə: #İsrail #Livan #humanitar böhran #uşaq ölümü #hava hücumu #Livan ordusu #mülki itkilər #Sur şəhəri #bombardman #motosiklet hücumu

Mövzu üzrə digər xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

18:31

Son Xəbərlər

İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
21:42
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
21:00
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
20:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.