10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Şimali Afrika
Şimali Afrika

Əl-Faşirdə iki gün ərzində 300 qadın qətlə yetirilib

Sudanın qərbində, Şimal Darfur vilayətinin paytaxtı Əl-Faşir şəhərində son günlər baş verən qanlı hadisələr ölkədəki müharibənin ən dəhşətli mərhələlərindən birinə çevrilib.

2 Noyabr 2025 15:58
Əl-Faşirdə iki gün ərzində 300 qadın qətlə yetirilib

BAKI,AzerVoice

Sudanın qərbində, Şimali Darfur vilayətinin paytaxtı Əl-Faşir şəhərində son günlər baş verən qanlı hadisələr ölkədəki müharibənin ən dəhşətli mərhələlərindən birinə çevrilib.
Sudanın Sosial Rifah üzrə Dövlət naziri Səlima İshaqın məlumatına görə, şəhəri ələ keçirən Sürətli Dəstək Qüvvələrinin döyüşçüləri ilk iki gün ərzində azı 300 qadını qətlə yetirib.

Nazir bildirib ki, qadınlar cinsi zorakılığa, işgəncəyə və fiziki şiddətə məruz qalıblar. Onun sözlərinə görə, “Əl-Faşirdən Toilaya çıxmağa çalışan hər kəs ölüm təhlükəsi altındadır, çünki bu yol artıq ‘ölüm yolu’na çevrilib”.

Səlima İshaq əlavə edib ki, şəhərdə hələ də işgəncə, təhqir və cinsi zorakılığa məruz qalan ailələr var. O, baş verənləri “sistemli etnik təmizləmə” və “bütün dünyanın susqunluğu ilə müşayiət olunan böyük bir cinayət” adlandırıb.

Sudan hökuməti noyabrın 1-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına və digər beynəlxalq qurumlara Əl-Faşirdə SDQ tərəfindən törədilən dəhşətli cinayətlər barədə rəsmi məlumat təqdim edib.

SDQ-nin komandiri Məhəmməd Həmdan Daqlu oktyabrın 29-da öz qüvvələrinin şəhərdə “pozuntulara yol verdiyini” etiraf edib və bu istiqamətdə “daxili istintaq komissiyalarının yaradıldığını” bildirib.

Sudanda 2023-cü ilin aprelindən bəri ordu ilə Sürətli Dəstək Qüvvələri arasında davam edən silahlı qarşıdurma on minlərlə insanın ölümünə və təxminən 13 milyon nəfərin ölkə daxilində və xaricə qaçqın düşməsinə səbəb olub.
Hazırda SDQ Darfur bölgəsinin beş vilayətinin hamısına nəzarət edir, ordu isə cənub, şimal, şərq və mərkəz bölgələrində yerləşən 13 vilayətdə, o cümlədən paytaxt Xartumda nəzarəti saxlayır.

Məqalədə: #Sudan #Çevik Dəstək Qüvvələri #Çevik Dəstək Qüvvələri (RSF) #Sürətli Dəstək Qüvvələri (HDK) #Əl-Faşir #Darfur

Mövzu üzrə digər xəbərlər

BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
Liviya

BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib

9 Sentyabr 09:41
Qahirə yaxınlığında 4 300 illik məzar kompleksi tapılıb
Misir

Qahirə yaxınlığında 4 300 illik məzar kompleksi tapılıb

8 Sentyabr 21:24
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
Misir

Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb

8 Sentyabr 21:04
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir

Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib

8 Sentyabr 20:11

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.