14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Şimali Afrika
Şimali Afrika

BMT Liviyada miqrantların yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

Tripoli şəhərində fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının Liviyaya Dəstək Missiyası ölkədə miqrantların daimi yerləşdirilməsinə dair yayılan məlumatların həqiqəti əks etdirmədiyini bəyan edib.

5 İyun 2026 12:29
BMT Liviyada miqrantların yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

BAKI,VOA Orxan Qədirzadə

Tripoli şəhərində fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının Liviyaya Dəstək Missiyası ölkədə miqrantların daimi yerləşdirilməsinə dair yayılan məlumatların həqiqəti əks etdirmədiyini bəyan edib.

Açıqlama Liviyada miqrantların yerləşdirilməsinə qarşı çıxan bir qrup etirazçının missiyanın Tripolidəki mərkəzinə daxil olmasından və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisini torpaq sədlərlə mühasirəyə almasından sonra verilib.

Missiya bildirib ki, Liviyanın vətəndaşları düzgün və etibarlı məlumat almaq, həmçinin fikirlərini dinc şəkildə ifadə etmək hüququna malikdirlər. Bununla yanaşı, BMT-nin Liviyadakı fəaliyyəti barədə yanlış və çaşdırıcı məlumatların yayılması, eləcə də nifrət çağırışlarının artması ciddi narahatlıq doğurur.

Qurumun açıqlamasında vurğulanıb ki, əsassız iddialar həm yerli, həm də beynəlxalq BMT əməkdaşlarına qarşı gərginliyi artırır və təxribatlara şərait yaradır.

Son günlər sosial şəbəkələrdə BMT qurumlarının qeyri-qanuni miqrantların Liviyada daimi məskunlaşdırılmasını planlaşdırdığı barədə paylaşımlar yayıldığı qeyd olunub. Missiya bu məlumatları qəti şəkildə rədd edərək bildirib ki, BMT sisteminə daxil olan heç bir qurum, o cümlədən Qaçqınlar üzrə Ali Komissarlıq Liviyada miqrantların yerləşdirilməsi ilə bağlı hər hansı proqram həyata keçirmir. Açıqlamada əksini iddia edən bütün məlumatların tamamilə əsassız olduğu vurğulanıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Liviya hakimiyyəti və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində ölkənin suverenliyinə hörmət göstərərək müharibə, silahlı münaqişə və təqiblərdən qaçan insanlar üçün Liviyadan kənarda həll yolları axtardığı bildirilib.

Bu istiqamətdə üçüncü ölkələrə təxliyə proqramları, həmçinin müvafiq şərait yarandığı halda könüllü geri dönüş proqramları həyata keçirilir.

Missiya BMT əməkdaşlarına qarşı təhdidləri, zorakılığa çağırışları və təşkilatın binaları ilə əmlakına yönəlmiş hücumları pisləyib. Bütün tərəflər beynəlxalq hüquq normalarına uyğun olaraq BMT obyektlərinin toxunulmazlığına hörmət etməyə çağırılıb.

Xatırladılıb ki, Liviyanın Milli Birlik Hökumətinin Daxili Təhlükəsizlik İdarəsi 2025-ci il aprelin 2-də 10 beynəlxalq humanitar təşkilatın fəaliyyətini dayandırıb. Həmin təşkilatlar ölkənin maraqlarına zidd fəaliyyət göstərməkdə, o cümlədən qeyri-qanuni miqrantların yerləşdirilməsi ilə bağlı işlər aparmaqda ittiham olunublar.

Milli Birlik Hökumətinin daxili işlər naziri İmad Trabulsi isə 2025-ci il dekabrın 2-də bildirib ki, Avropaya keçid məqsədilə Liviyada olan qeyri-qanuni miqrantların sayı təxminən 3 milyona çatır.

Ölkənin Xarici İşlər Nazirliyi iyunun 1-də yaydığı açıqlamada qanunsuz miqrasiya ilə mübarizədə Liviyanın əsas prinsiplərinə sadiq qaldığını və miqrantların ölkə ərazisində yerləşdirilməsinə qarşı mövqeyini bir daha təsdiqləyib.

Liviya Milli Ordusunun baş komandanının müavini general-leytenant Səddam Haftar isə iyunun 2-də təhlükəsizlik qüvvələrinə ölkənin şərq və cənub bölgələrində qeyri-qanuni miqrantların qanunsuz mövcudluğuna son qoyulması ilə bağlı göstəriş verib.

Məlumata görə, Aralıq dənizinə çıxışı olan Liviyanın şimal-qərb bölgələrində, xüsusilə Qarabulli, Sabrata və Zuvara şəhərlərində siyasi parçalanma və təhlükəsizlik boşluğundan istifadə edən qruplaşmalar qeyri-qanuni miqrantların qanunsuz daşınması ilə məşğul olurlar.

Məqalədə: #Qeyri-qanuni miqrantlar #Humanitar təşkilatlar #qanunsuz miqrasiya #Liviya miqrant böhranı #Tripoli hadisələri #BMT Liviyada #Qaçqınlar üzrə Ali Komissarlıq #Aralıq dənizi marşrutu #Səddam Haftar #İmad Trabulsi #Milli Birlik Hökuməti #Liviyada təhlükəsizlik

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

13 Sentyabr 19:43
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Tarixdə bu gün

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət

13 Sentyabr 03:00
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
Misir

Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb

12 Sentyabr 19:21
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
Misir

Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?

12 Sentyabr 18:46

Son Xəbərlər

Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
15:23
Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə görüşüb
Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə görüşüb
15:16
İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
15:02
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
14:05
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
14:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.