12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərib

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə məktub ünvanlayıb.

20 Dekabr 2024 20:35
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərib

Bakı. AzerVoice

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə məktub ünvanlayıb.

AzerVoice xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Əziz Qardaşım,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Pakistan İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.

Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.

Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.

Qarşılıqlı inam, hörmət və dəstəyə əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Pakistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz qardaş Pakistanla siyasi, iqtisadi, ticari, nəqliyyat, hərbi-texniki, humanitar və digər sahələrdə çoxşaxəli əməkdaşlığımızı və strateji tərəfdaşlığımızı daim genişləndirməyə xüsusi əhəmiyyət veririk. İyul ayında ölkənizə həyata keçirdiyim dövlət səfəri əlaqələrimizin tarixində yeni səhifə açmışdır, bu səfəri ən xoş təəssüratlarla xatırlayıram.

COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi, Sizinlə mehribanlıq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadilələrini yüksək qiymətləndirirəm. 2025-ci ildə Sizin Azərbaycana dövlət səfərinizi səbirsizliklə gözləyir, bunun qardaşlıq münasibətlərimizin möhkəmlənməsinə, səmərəli birgə fəaliyyətimizin daha da dərinləşməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.

Bir daha Sizə minnətdarlığımı bildirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

10 Sentyabr 13:37
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05

Son Xəbərlər

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
19:01
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
18:58
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
18:51
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
18:46
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
18:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.