13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

20 Avqust 2025 14:39
Baku
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

AzerVoice xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından bu idman qurğusunun fəaliyyəti qismən həyata keçirilirdi.

Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb.

Ötən il aprelin 9-da dövlətimizin başçısı stadionun təməlini qoyub.

Qeyd edək ki, bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün bir neçə şəhər və rayon seçilsə də, MDB Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin əsas oyunlar Gəncədə keçiriləcək. Bütün bunlar nəzərə alınaraq şəhər stadionunun tikintisində işlər sürətləndirilib. Stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası binası tikilib. Yeni layihəyə görə stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur.

UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir. Stadionda fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaqlar, media və VIP zonalar mövcud olacaq. Burada, həmçinin futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr də müasir səviyyədə qurulur. Stadionun daxilində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, avtodayanacaqlar və nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, havalandırma, təhlükəsizlik və digər zəruri sistemlər ilə təchiz olunur. İdman qurğusunun ərazisində də geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.

Müxtəlif idman yarışlarının keçiriləcəyi Gəncə şəhər stadionunun inşası, ilk növbədə, uşaqlar və yeniyetmələr arasında futbola olan marağı daha da artıracaq, futbolla məşğul olmaq istəyənlərə geniş imkanlar yaradacaq. Bölgələrimizdə yeni idman komplekslərinin yaradılması, köhnələrinin əvəzinə müasir idman qurğularının inşası ümumilikdə ölkəmizdə idmanın kütləviliyini təmin etməklə yanaşı, gənc nəslin sağlam yetişməsi baxımından da böyük rol oynayır. Bu layihə, eyni zamanda, ölkəmizin III MDB Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün gördüyü işlərdən biridir.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

10 Sentyabr 13:37
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.