6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım, Sizin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton şəhərində imzaladığınız Birgə Bəyannamə barədə xəbəri böyük məmnuniyyətlə qarşıladım. Bu sənədi, ilk növbədə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası, Cənubi Qafqaz regionunda davamlı sülhün və dayanıqlı inkişafın təmin olunması istiqamətində Sizin uzun illər ərzində yorulmaz səylərinizin, qətiyyətli siyasi iradənizin, eləcə də cəsarətli və ədalətli təşəbbüslərinizin aydın nəticəsi kimi qiymətləndirirəm.

20 Avqust 2025 18:40
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

BAKI, AzerVoice

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzerVoice xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım,

Sizin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton şəhərində imzaladığınız Birgə Bəyannamə barədə xəbəri böyük məmnuniyyətlə qarşıladım.

Bu sənədi, ilk növbədə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası, Cənubi Qafqaz regionunda davamlı sülhün və dayanıqlı inkişafın təmin olunması istiqamətində Sizin uzun illər ərzində yorulmaz səylərinizin, qətiyyətli siyasi iradənizin, eləcə də cəsarətli və ədalətli təşəbbüslərinizin aydın nəticəsi kimi qiymətləndirirəm.

Sizin rəhbərliyiniz altında son illərdə Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin imzalanması yolunda əldə olunmuş əhəmiyyətli irəliləyiş xüsusi təqdirə layiqdir.

Bizim üçün həqiqətən qardaş olan Azərbaycan xalqının ciddi sınaqlar və sürətli dəyişikliklər dövründə belə yüksək nailiyyətlər əldə etməsindən sonsuz qürur duyuruq.

Hörmətli İlham Heydər oğlu,

Sizin müdrik və uzaqgörən siyasətiniz təkcə qardaş Azərbaycan xalqının uzun illərdən bəri bəslədiyi ümidlərin tam gerçəkləşməsinə, beynəlxalq arenada nüfuz və hörmətinin artmasına deyil, həm də regionda davamlı sülhün və tərəqqinin möhkəmlənməsinə etibarlı əsas yaradır.

Fürsətdən istifadə edərək, Sizi bu tarixi uğur münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli dövlət fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və rifah arzulayıram".

Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.