5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti 8 noyabr – Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

7 Noyabr 2025 17:44
Mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BAKI,AzerVoice

Azərbaycan mədəniyyət ictimaiyyəti 8 noyabr – Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzerVoice xəbər verir ki, məktubda qeyd olunub:

"Möhtərəm cənab Prezident,

Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı tarixi mübarizənin simvoluna çevrilmiş 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibəti ilə Sizi təbrik edir, Azərbaycan xalqına bəxş etdiyiniz bu Qələbə üçün Sizə sonsuz ehtiram və minnətdarlığımızı bildiririk.

Memarı olduğunuz bu şanlı Zəfər xalqımızın əsrlər boyu daşıdığı ədalət idealının gerçəkliyə çevrilməsi, apardığı haqq mübarizəsinin ali zirvəsi və milli iradənin tarix qarşısında təntənəsidir. Vətən müharibəsi Azərbaycan üçün sadəcə hərbi, siyasi, diplomatik qarşıdurma deyil, mənəvi arxetiplərin toqquşması - ədalət və haqsızlığın, mərhəmət və zorakılığın, həqiqət və yalanın qarşılaşdığı sınaq meydanı idi.

Sizin rəhbərliyinizlə işğaldan azad edilmiş torpaqlara “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa işləri xalqımızın qurub-yaratmaq əzmini nümayiş etdirir. Qısa zaman ərzində inşa edilən hava limanları, yollar, yaşayış məntəqələri və sosial layihələr müstəqil Azərbaycanın öz gücünə arxalanan inkişaf modelinin göstəricisidir. Bu, həm də müharibədən qalib çıxmış dövlətin sülh, tərəqqi və mədəni dirçəlişə yönəlmiş niyyətinin əksidir.

İşğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsin bərpa edilməsi, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər mədəni tədbirlərin bərpası bir daha sübut edir ki, Azərbaycanın qələbəsi həm də yüksək mədəniyyətin, sarsılmaz ruhun və mənəviyyatın Zəfəridir. Bütün bunlarmühüm mədəniyyət hadisəsi olmaqla yanaşı, həm də milli kimliyin iradəsi, dövlətçilik ideyalarının kodda təcəssümü, o cümlədən dövlətin milli-mənəvi, mədəni dəyərlərə verdiyi böyük önəmin təzahürüdür.

Azərbaycan xalqının milli mədəni irsinin yaşadılması, dünya miqyasında tanıdılması və beynəlxalq mədəni münasibətlər sistemində yüksək səviyyədə təmsil olunması istiqamətində həyata keçirilən işlərə verdiyiniz dəstəyə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm cənab Prezident,

Bu əlamətdar və tarixi gündə Sizi ölkəmizin mədəniyyət ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, Uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın firavanlığı və rifahı, dövlətimizin möhkəmlənməsi və intibahı naminə ali və şərəfli fəaliyyətinizdə uğurlar diləyirik".

Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.