9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Pezeşkian Prezident İlham Əliyevə təşəkkür edib

Regiondakı olaylarla əlaqədar öz mövqeyini sərgilədiyinə görə Azərbaycan və Prezident İlham Əliyevə təşəkkür edirəm. Bunu İran prezidenti Məsud Pezeşkian bu gün (11 fevral) Tehranda İran İslam İnqilabının qələbəsinin 47-ci illiyi ilə əlaqədar təşkil olunan tədbirdə deyib. İran prezidenti həmçinin Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər ölkələrə öz təşəkkürünü bildirib.

11 Fevral 2026 12:50
Pezeşkian Prezident İlham Əliyevə təşəkkür edib

Bakı, AzerVoice

Regiondakı olaylarla əlaqədar öz mövqeyini sərgilədiyinə görə Azərbaycan və Prezident İlham Əliyevə təşəkkür edirəm.

AzerVoice-ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (11 fevral) Tehranda İran İslam İnqilabının qələbəsinin 47-ci illiyi ilə əlaqədar təşkil olunan tədbirdə deyib.

İran prezidenti həmçinin Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər ölkələrə öz təşəkkürünü bildirib.

“İran qonşu və müsəlman ölkələrlə səmimi və qardaşlıq əlaqələri qurmaqdadır. Bu ölkələrlə münasibətlərin yüksəldilməsi İranın əsas prioritetlərindən biridir”, - deyə o qeyd edib.

Pezeşkian deyib ki, son vaxtlar İranda iğtişaşlar baş verdiyi zaman qərb ölkələrinin müdaxilə etməyə cəhd etdikləri vaxt qonşu ölkələr İranda stabilliyin tərəfdarı olduqlarını bildiriblər.

Qeyd edək ki, 31 yanvarda Azərbaycan Prezidenti İlham Əliyev və İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Telefon danışığında dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03

Son Xəbərlər

Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
18:11
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.