9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə Milli Bayram münasibətilə təbrik məktubu göndərərək Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb. Məktubda Azərbaycan tərəfinin sosial-iqtisadi sahədəki uğurları və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi yüksək qiymətləndirilir. Rəhmon ölkələr arasındakı möhkəm tarixi dostluq və qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlığın davamlı inkişafına diqqət çəkib və birgə səylərlə əməkdaşlığın daha da güclənəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyevə cansağlığı və yeni uğurlar, Azərbaycan xalqına isə firavanlıq və əmin-amanlıq arzulayıb.

25 May 2026 19:36
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib

BAKI,VOA

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

VOA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizə və dost Azərbaycan xalqına ölkənizin milli bayramı münasibətilə tacik xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi göndərirəm.

Etibarlı tərəfdaşımızın sosial-iqtisadi inkişafda və beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsində qazandığı uğurlara ürəkdən sevinirik.

Ölkələrimiz arasında möhkəm tarixi dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan strateji tərəfdaşlığın davamlı inkişaf tendensiyasına malik olmasını qeyd etmək sevindiricidir.

Əmin olduğumu bildirirəm ki, birgə səylərimizlə konstruktiv əməkdaşlığımızı bundan sonra da gücləndirəcəyik və ölkələrimizin xalqlarının əsas maraqlarına cavab verən çoxplanlı qarşılıqlı fəaliyyətimizin daha da dinamik inkişafını təmin edəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və yeni-yeni uğurlar, dost Azərbaycanın qardaş xalqına isə hər zaman aydın səma, firavanlıq, əmin-amanlıq və tərəqqi arzulayıram".

Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.