BAKI,VOA
Prezident İlham Əliyev 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncamla, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab ediləcək:
- Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
- Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
- 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir.
2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.
تأشيرة فورية في المطار.. أذربيجان تفتح أبوابها لجمهور سباقات فورمولا 1 لعام 2026
وقع رئيس جمهورية أذربيجان، إلهام علييف، مرسوماً بشأن تبسيط وتسهيل إجراءات منح التأشيرات للمواطنين الأجانب والأشخاص عديمي الجنسية القادمين إلى جمهورية أذربيجان على خلفية سباق "فورمولا 1" الذي سيقام في مدينة باكو عام 2026.
وقد نُشرت المعلومات المتعلقة بهذا الشأن على الموقع الرسمي لرئيس جمهورية أذربيجان.
وبموجب هذا المرسوم، يحق للأجانب والأشخاص عديمي الجنسية القادمين إلى جمهورية أذربيجان في إطار سباق "فورمولا 1" المقرر إقامته في مدينة باكو لعام 2026 والذين يقدمون أياً من الوثائق المذكورة في البند الثاني من هذا المرسوم، الحصول على تأشيرات الدخول في المطارات الدولية لجمهورية أذربيجان في الفترة الممتدة من 25 أغسطس إلى 30 سبتمبر 2026.
وتُعتبر إحدى الوثائق التالية أساساً لمنح التأشيرة:
- بطاقة اعتماد رسمية تؤكد اجتياز الاعتماد وفقاً للقواعد واللوائح المعمول بها لدى شركة "Formula One Management Limited" والاتحاد الدولي للسيارات بصفتهم المنظمين الدوليين لسباقات "فورمولا 1"، أو أي وثيقة رسمية أخرى تثبت الحصول على الاعتماد؛
- بطاقة اعتماد تؤكد اجتياز الاعتماد لدى شركة إدارة العمليات لحلبة مدينة باكو (Baku City Circuit)؛
- تذكرة دخول لحضور سباق "فورمولا 1" المزمع عقده في مدينة باكو عام 2026، بما في ذلك التذاكر الإلكترونية أو أي وثيقة رسمية تثبت شراء وتملك التذكرة.
ويتعين على وزارة خارجية جمهورية أذربيجان إبلاغ كل من شركة "Formula One Management Limited"، والاتحاد الدولي للسيارات، والاتحاد الدولي للنقل الجوي (IATA)، والجهات والهيئات المختصة في الدول الأجنبية بتسهيل إجراءات التأشيرة للأجانب والأشخاص عديمي الجنسية القادمين إلى جمهورية أذربيجان لحضور سباق "فورمولا 1" لعام 2026 في مدينة باكو.
كما يجب على الوزارة ضمان نشر وتعميم المعلومات الخاصة بتسهيل إجراءات التأشيرة للأجانب وعديمي الجنسية الوافدين بمناسبة السباق، فضلاً عن توضيح إمكانية حصولهم على التأشيرة الإلكترونية عبر نظام "ASAN Viza"، وذلك على الموارد الرقمية والمواقع الإلكترونية التابعة للوزارة، وكذلك على المواقع الرسمية لسفارات وقنصليات جمهورية أذربيجان في الدول الأجنبية.
كما يتعين على مصلحة الهجرة الحكومية لجمهورية أذربيجان إخطار شركات الطيران التي تسير رحلات جوية إلى جمهورية أذربيجان بقرار تسهيل إجراءات التأشيرة للأجانب والأشخاص عديمي الجنسية القادمين على خلفية سباق "فورمولا 1" المزمع تنظيمه في مدينة باكو عام 2026.