6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Energetika Neft və qaz
Neft və qaz

Neftə tələbat 2025-ci ildə pik həddə çatacaq - bp

12 İyul 2024 14:41
Neftə tələbat 2025-ci ildə pik həddə çatacaq - bp

Bakı, AzerVoice

Böyük Britaniyanın BP şirkəti 2025-ci ildə dünyada neftə gündəlik tələbatın 102 milyon barel təşkil edərək pik həddə çatacağını ehtimal edir. Eyni zamanda, külək və günəş elektrik stansiyalarının istehsal etdiyi enerjinin həcmi əhəmiyyətli dərəcədə artacaq.

AzerVoice xəbər verir ki, bu barədə bp-nin illik hesabatının "Energy Outlook" yeni buraxılışında deyilir.

bp analitikləri qlobal enerjinin inkişafı üçün iki: biri cari tendensiyalara uyğun, digəri isə CO2 emissiyalarının səviyyəsinin 2050-ci ilə qədər sıfır olacağı (Net Zero) ssenarini nəzərdən keçirirlər.

Qlobal enerji sektorunda mövcud tendensiyalar davam edərsə, ilkin enerji mənbələrinə tələbat 2030-cu illərin ortalarına qədər artacaq, sonra isə bütövlükdə sabitləşəcək. Belə ki, inkişaf etməkdə olan ölkələrdə enerji istehlakının artımı inkişaf etmiş ölkələrdə və Çində tələbatın azalması ilə kompensasiya ediləcək. Bu vəziyyətdə enerjiyə tələbat 2022-ci ilə nisbətən 2050-ci ilə qədər 5 faiz artacaq. Sıfır emissiya ssenarisinə əsasən, enerjiyə tələbatı artıq bu onilliyin sonundan etibarən aşağı düşməyə başlayacaq və nəticədə 2050-ci ildə 2022-ci il səviyyəsindən 25 faiz aşağı olacaq.

BP analitiklərinin fikrincə, neft istehlakı istənilən ssenari üzrə 2025-ci ildən sonra azalacaq. Yeganə fərq tələbatın azalması dərəcəsindədir. Belə ki, bazarda cari vəziyyətə uyğun olaraq neftə tələbat 2050-ci ilə qədər gündəlik 75 milyon barelə, sıfır emissiyaya nail olmaq üçün lazımi şərtlər yerinə yetiriləcəyi təqdirdə isə, tələbat 25-30 milyon barelə qədər düşəcək.

Mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər qaza tələbat əsasən inkişaf etməkdə olan ölkələr hesabına təxminən üçdə bir qədər artacaq. "Net Zero" ssenarisinə görə isə, istehlakın həcmi, əksinə, ilk növbədə inkişaf etmiş iqtisadiyyatların alternativ enerji mənbələrinə kütləvi şəkildə keçidi hesabına iki dəfə azalacaq.

Külək və Günəşdən alınan enerji həcmləri mövcud ssenarilər üzrə 2050-ci ilə qədər təxminən 8 dəfə, xalis sıfır emissiyaya nail olunarsa 14 dəfə artacaq.

Məqalədə: #Böyük Britaniya #bp #neft məhsulları

Mövzu üzrə digər xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

5 Sentyabr 18:45
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.