4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

AŞPA kimi bütün dairələr anlamalıdırlar ki, Azərbaycanla heç bir halda diktə dilində danışmaq mümkün deyil - Azər Qarayev

25 Yanvar 2024 17:57
AŞPA kimi bütün dairələr anlamalıdırlar ki, Azərbaycanla heç bir halda diktə dilində danışmaq mümkün deyil - Azər Qarayev

Bakı, AzerVoice:

Azərbaycan üçün hər zaman önəmli olan Azərabycan xalqının mövqeyi, maraqları olub. Bugün də Azərbaycan dövlətinin bu siyasəti dəyişilməz qalıb. Azərbaycan üçün önəmli olan AŞPA-nın mövqeyi deyil, milli maraqlardır.

Bu sözləri AzerVoice-a açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina təklifi Avropa Şurasının etibarına ciddi zərbə vurmuş oldu.

"Azərbaycan müstəqil dövlət kimi dünyada nüfuz sahibinə çevrilib. Artıq hər kəs anlayır ki, Azərbaycan etibarlı tərəfdaşdır və onun mövqeyinə təzyiqlə təsir etmək mümkün deyil. Əslində AŞPA kimi alət olan təşkilatların da ölkəmizə qarşı qərəzinin təməlində bu faktor dayanır. Azərabycan müstəqil mövqeyinə təsir etməyə çalışan bir sıra qüvvələr nəticə əldə edə bilmədikcə daha da azğınlaşır, öz mahiyyətlərini ifşa edirlər", - deyə A.Qarayev əlavə edib.

A.Qarayev bildirib ki, Azərbaycanın AŞPA-ya üzv olduğu 2001-ci ildən etibarən özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.

"Əvəzində isə AŞPA-nın qərəzli, ədalətsiz yanaşmasının şahidi olmuşuq. Azərbaycan digər beynəlxalq təşkilatların olduğu kimi bu qurumun da hər zaman fəaliyyətinə öz töhfəsini verməyə çalışıb. Əvəzində isə Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan Azərbaycana təzyiq etmək, ölkəmizin imicini zədələmək məqsədilə istifadə etməyə çalışıblar, bu qurumlar vasitəsilə Azərbaycanla diktə dilində danışmaq, öz qərarlarını qəbul etdirmək məqsədi güdüblər.

Lakin Azərbaycan dövlətinin iradəsi sarsılmazdır və heç bir kənar qüvvə buna qadir deyir. 30 il davam edən Ermənistan işğalı dövründə bircə dəfə də olsun işğalçını qınamayan, AŞPA Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri “etnik təmizləmə” kimi qələmə verməyə çalışır. Həqiqətləri bu yolla təhrif etmək, Azərbaycana qarşı yönəltməyə cəhd edirlər. Halbuki, erməni sakinlərin Qarabağı hansı formada tərk etməsi bütün dünyanın gözü önündə baş verib, yerli və xarici medialarda da bununla bağlı bir çox xəbərlər və reportajlar mövcuddur. Onların öz istəkləri ilə könüllü şəkildə getmələrini ermənilər özləri də etiraf ediblər. Amma AŞPA yenə həqiqəti görmək və eşitmək istəmir. Əvəzində Azərbaycanda qarşı növbəti kampaniya aparır.

Heç bir əsas olmadan AŞPA Qarabağda qalıb Azərbaycan qanunları əsasında yaşamağa dəvət olunan ermənilərin öz seçimi ilə rahat şəkildə, heç bir güc tətbiq olunmadan köçüb getməsini insan haqlarının pozulması kimi dəyərləndirir", - deyə A.Qarayev əlavə edib.

A.Qarayev qeyd edib ki, AŞPA ilə əməkdaşlığın dayandırılması və qurumun Azərbaycana qarşı qərəzli ittihamları ölkəmizin imicinə təsir etməyib, bundan sonra da edə bilməz.

“AŞPA-nın timsalında Azərbaycan təzyiq etmək istəyən bütün dairələr anlamalıdırlar ki, Azərbaycanla heç bir halda diktə dilində danışmaq mümkün deyil”, - deyə A.Qarayev əlavə edib.

Məqalədə: #Azərbaycan #Ermənistan #Azər Qarayev #AŞPA

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.