11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Azərbaycan Türkiyə birliyi bu gün həm regionda, həm də dünyada sülhü təşviq edir - Sevil Mikayılova

20 Fevral 2024 17:20
Azərbaycan Türkiyə birliyi bu gün həm regionda, həm də dünyada sülhü təşviq edir - Sevil Mikayılova

Bakı. AzerVoice:

Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfəri iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini növbəti dəfə sərgilədi.

Bunu AzerVoice-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Prezident İlham Əliyevin Türkiyə səfəri həm də rəmzi məna daşıyır. Prezident seçildikdən sonra İlham Əliyev Türkiyəyə səfər etməklə Azərbaycan–Türkiyə qardaşlığının bundan sonrakı inkişaf strategiyasında prioritet məsələ olduğunu bütün dünyaya göstərmiş oldu.

“İki qardaş ölkə arasında münasibətlər “Bir millət, iki dövlət” şüarı əsasında uğurla irəliləyir. Azərbaycan Türkiyə birliyi bu gün həm regionda, həm də dünyada sülhü təşviq edir, qlobal problemlərin həllinə töhfə verməyə çalışır. İki qardaş ölkə bütün məsələlərdə hər zaman bir-birinin yanında olduğunu sərgiləyib. Bu gün Türkiyə-Azərbaycan münasibətləri bütün dünya üçün bir örnəkdir”, - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova onu da əlavə edib ki, iki qardaş ölkə arasında əlaqələr hərtərəfli inkişaf edir . Ticarət dövriyyəsi artıq 7,5 milyard dollara çatıb.

“Bu göstərici bir neçə il əvvəl üçün fantastik hesab oluna bilərdi, amma artıq realdır. Azərbaycan və Türkiyə qarşıya qoyduqları hədəflərə doğru inamla irəliləyir. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəmində duran başlıca amillərdəndir. Həm Azərbaycan, həm də Türkiyə bu iki məsələdə qlobal arenada vacib aktorlardan hesab olunur. Ötən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib. Qeyd edək ki, Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri enerji təhlükəsizliyi üçün çox önəmlidir”, - deyə S.Mikayılova qeyd edib.

S.Mikayılova onu da vurğulayıb ki, iki ölkə arasında əsas əməkdaşlıq sahələrindən biri də hərbi sahədir.

“Azərbaycan-Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimlər iki ölkə ordularının tam formalaşmasına imkan verib. Görülən işlər sayəsində artıq Azərbaycan Ordusunda Türkiyə modeli yaradılıb. Bunu İkinci Qarabağ müharibəsi və ötən il baş tutan lokal anti-terror tədbirlərində də gördük.

Digər tərəfdən iki ölkə arasında müdafiə sənayesi üzrə də əməkdaşlıq genişlənir, bu istiqamətdə də ciddi addımlar atılır. Birgə istehsalla əlaqədar konkret planlar hazırlanır”, - deyə S.Mikayılova əlavə edib.

Deputat onu da qeyd edib ki, nisbətən yeni əməkdaşlıq istiqamətləri arasında təhsil məsələsini də vurğulamaq olar.

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, həm də iki ölkənin birliyinin təhsil müstəvisində də təzahürüdür. Azərbaycan və Türkiyənin gənc nəsillərinin ortaq dəyərlər əsasında təhsil alması, tərbiyyələnməsi hazırki dünyanın ideoloji təzyiqləri fonunda olduqca zəruri addımdır”, - deyə S.Mikayılova əlavə edib.

Məqalədə: #Sevil Mikayılova

Mövzu üzrə digər xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.