10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Əhməd əl-Şəraa deyir ki, Suriya bölünməyəcək

Konfransda ölkənin birliyi, keçid dövrü islahatları və siyasi təmsilçilik məsələləri müzakirə olunub.

25 Fevral 2025 13:04
Əhməd əl-Şəraa deyir ki, Suriya bölünməyəcək

BAKI,AzerVoice

Suriyanın prezidenti Əhməd Əl-Şəraa çərşənbə axşamı bildirib ki, Suriya “uyğun olmayan siyasi sistemlərin reallaşdırılması üçün sınaq meydanına çevrilməməlidir” və vurğulayıb ki, ölkənin birliyi, silahın yalnız dövlətin nəzarətində olması təmin edilməlidir və Suriya bölünməyəcək.

O bu fikirləri bu gün Dəməşqdə yerləşən Xalq Sarayında keçirilən Milli Dialoq Konfransının açılış iclasında səsləndirib. Təəssüflər olsun ki , bu iclasa Suriya Türkmən Məclisinin nümayəndələri dəvət almayıb.

Prezident yeni hakimiyyətin “ağrılı və sarsıdıcı qərarlar” qəbul etməli olacağını vurğulayaraq suriyalılara “səbirli olmağı” tövsiyə edib.

Milli Dialoq Konfransı başlayıb

Bu gün Milli Dialoq Konfransı işə başlayıb. Bu konfrans yeni hakimiyyətin keçid dövrünü idarə etmək cəhdlərinin bir hissəsidir. Qeyd edək ki, Əsədin devrilməsindən sonra yeni hakimiyyətin rəhbərliyi altında Dəməşqə səfər edən beynəlxalq nümayəndə heyətləri Suriya cəmiyyətinin bütün təbəqələrinin təmsil olunmasının vacibliyini dəfələrlə vurğulayıblar.

Konfransın Təşkilat Komitəsinin sədri Məhər Aluş bildirib ki : “Bu tədbir Suriya xalqının bütün təbəqələrinin geniş iştirakı ilə keçirilir və qarşıdakı dövr üçün təməl prinsipləri müəyyən etmək məqsədi daşıyır.”

Müzakirə olunan əsas mövzular:
Keçid ədaləti məsələləri
Konstitusiya quruculuğu
İqtisadi və institusional islahatlar
Suriyanın ərazi bütövlüyü
Ümumi, fərdi və siyasi azadlıqlar

Konfransda əldə olunan razılaşmalar əsasında konstitusiya bəyannaməsi, iqtisadi model və islahat planı hazırlanacaq.

Suriya, Bölünməzlik, Milli Dialoq Konfransı, Dəməşq, Xalq Sarayı, Suriya Silah Nəzarəti, Keçid dövrü, Bəşər Əsəd, Beynəlxalq nümayəndə heyətləri, Suriya xalqı, Ədalətli təmsilçilik, Keçid ədaləti, Konstitusiya quruculuğu, İqtisadi islahatlar, İnstitusional islahatlar, Ərazi bütövlüyü, Fərdi azadlıqlar, Siyasi azadlıqlar, Yekun bəyanat, Məhər Aluş, Seminarlar və müzakirələr, İştirakçı təbəqələr, Təşkilat Komitəsi, Xarici iştirakçılar, Suriya Demokratik Şurası, Əsəd Əl-Şeybani, Keçid hökuməti, SANA xəbər agentliyi, İqtisadi model, İslahat planı, Suriya münaqişəsi, Beynəlxalq dəstək, Siyasi xəyallar, Xarici təsir, Təmsil problemləri, Dəvət məktubları, Tənqidlər, Konstitusiya bəyannaməsi, Müxtəlif suriyalı qruplar
Məqalədə: #Suriya #Suriya xəbərləri #Suriya münaqişəsi #Silahlı qruplar və Suriya #Suriya daxili siyasət #Suriyada terrorla mübarizə #Suriyada son vəziyyət

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.