8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

İsrail-Fələstin münaqişəsində mövcud vəziyyətin qısa zamanda bitməsi gözlənilmir - Rufiz Hafizoğlu

7 Noyabr 2023 11:34
İsrail-Fələstin münaqişəsində mövcud vəziyyətin qısa zamanda bitməsi gözlənilmir - Rufiz Hafizoğlu

Bakı. AzerPress:

İsrail-Fələstin münaqişəsində mövcud vəziyyət getdikcə uzanacaq və İsrail quru əməliyyatlarını düşündüyü kimi uğurla həyata keçirə bilməyəcək, bunun üçün müxtəlif maneələr var ki, bunlardan ən başlıcası tunellərin olmasıdır.

AzerPress xəbər verir ki, bu sözləri Trend BİA-nın baş direktorunun müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB-24-ə açıqlamasında deyib.

"Əslində, HƏMAS-ın istəklərindən biri odur ki, İsrail ordusu tanklarla quru əməliyyatlarına başlasın. Hətta açıq şəkildə HƏMAS təhdid edir ki, İsrail ordusunun Qəzzaya daxil olması, quru əməliyyatlarına başlaması onlar üçün bir cəhənnəm olacaq.HƏMAS-ın söylədiklərində müəyyən qədər həqiqət var. Çünki bir tərəfdə bölgəyə tam hakim olan HƏMAS var, digər tərəfdə isə bölgəni tam bilməyən, ümumiyyətlə, mövcud tunelləri tanımayan bir İsrail ordusu var",- deyə o bildirib.

Siyasi şərhçi əlavə edib ki, mövcud tunellər yalnız silah daşınması üçün deyil, eyni zamanda infrastrukturun olması üçündür. Yəni tunellərdən sadəcə, hərbi yox, mülki məqsədlər üçün də istifadə olunur. Zamanında Misir Rəfah sərhəd-keçid məntəqəsini bağlayanda bu tunellər vasitəsilə Qəzzaya Misirdən qaçaq yol ilə humanitar yardım daşınırdı.

"Nəticə etibarilə, İsrail ordusu Qəzzada həyata keçirdiyi quru əməliyyatlarında gözlədiyi uğuru əldə edə bilməyəcək. Hər nə qədər ki, İsrail ordusu güclüdür, amma buna baxmayaraq, HƏMAS çox hazırlıqlıdır",- deyə Rufiz Hafizoğlu qeyd edib.

Ekspert, İsrailin Qəzzanı atom silahı ilə vuracağı məsələsinə də aydınlıq gətirərək bildirib ki, bu sadəcə bir təhdiddir. Shəsi 365 kvadrat kilometr olan Qəzzanı İsrail hansı atom silahı ilə vuracaq. Hansı ki, İsrail buna cəhd etsə, ilk növbədə özünü məhv edəcək.

Eyni zamanda, Rufiz Hafizoğlu, Türkiyə XİN rəhbəri Hakan Fidanla Entoni Blinkenin görüşü mövzusuna da toxunub.

"Hakan Fidan görüşdən sonrakı çıxışında İsrail-Fələstin münaqişəsinin dayandırılması üçün birbaşa ABŞ-a müraciət edib və müharibənin dayandırılmasını vurğulayıb. Bu müraciət əslində, İsrail-Fələstin münaqişəsində BMT-nin yox, ABŞ-ın böyük təsirini göstərən bir mesajdır",- deyə Hafizoğlu vurğulayıb.

Məqalədə: #Rufiz Hafizoğlu

Mövzu üzrə digər xəbərlər

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu
Rəy

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

25 Avqust 14:56
İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu
Rəy

İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

25 Avqust 14:13
HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?
Rəy

HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?

15 Avqust 10:06
Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?
Rəy

Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?

13 Avqust 16:52

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.