6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

Vaşinqton Kəşmir probleminin həlli yollarını tapmağa çalışacaq - Tramp

11 May 2025 09:11
Vaşinqton Kəşmir probleminin həlli yollarını tapmağa çalışacaq - Tramp

BAKI, AzerVoice

Vaşinqton Hindistan və Pakistan arasında ərazi mübahisəsinin həlli yollarını tapmağa çalışacaq.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın verdiyi açıqlamada deyilir.

“Bu məsələ hələ müzakirə edilməsə də, mən hər iki böyük ölkə ilə ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindəyəm. Bundan əlavə, ‘min illər’dən sonra Kəşmir üzrə bir həll yolu tapmağın mümkün olub-olmadığını anlamaq üçün hər ikinizlə işləyəcəyəm" – deyə, Tramp bildirib.

Qeyd edək ki, Hindistan-Pakistan münasibətləri 22 aprel tarixində Cammu və Kəşmirin Pahalgam bölgəsində törədilən terror aktından sonra gərginləşib. Hücum nəticəsində 25 hindistanlı və 1 Nepal vətəndaşı həlak olub. Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistandakı bazalara zərbələr endirməyə başlayıb. Buna cavab olaraq, Pakistan hökuməti genişmiqyaslı “Banyan əl-Marsus” (“Qurğuşunla örtülmüş divar”) adlı hərbi əməliyyata başlayıb.

Ötən gün Hindistan və Pakistan atəşkəs rejimi barədə razılığa gəliblər. Hərbi danışıqların nəticəsi olaraq, tərəflər Hindistan standart vaxtı ilə saat 17:00-dan (Bakı vaxtı ilə 15:30) etibarən quru, hava və dənizdə silahlı əməliyyatları və atəşi dayandırmağa razılaşıblar. Lakin bu razılaşmadan bir neçə saat sonra Cammu və Kəşmirin bir neçə şəhərində, eləcə də Pəncab bölgəsində pilotsuz uçuş aparatları müşahidə olunub, hava hücumundan müdafiə sistemləri işə düşüb və elektrik enerjisi kəsilib.

Məlumat üçün bildirək ki, Kəşmir bölgəsi 1947-ci ildən Britaniya Hindistanının müstəqillik əldə edib dini əsaslarla iki dövlətə bölünməsindən bu yana Hindistan və Pakistan arasında mübahisəli olaraq qalır. Kəşmirdə dövlət sərhədi yoxdur, bölgə faktiki olaraq nəzarət xətti ilə iki yerə bölünüb. Hindistanın nəzarətində olan hissədə ölkədən ayrılmaq istəyən silahlı qruplar fəaldır. Yeni Dehli bu ekstremist qruplara Pakistandan dəstək gəldiyini iddia edir, İslamabad isə bu ittihamları rədd edir.

Məqalədə: #ABŞ #Pakistan #Donald Tramp #Hindistan #atəşkəs #Cammu və Kəşmir #Kəşmir məsələsi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.