8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

İsrail Knessetinin Qərb sahilini ilhaq addımları Qəzza razılaşmasını təhlükə altına sala bilər- Rubio

ABŞ-ın dövlət katibi Marko Rubio çərşənbə günü xəbərdarlıq edib ki, İsrail parlamentinin - Knessetin - işğal olunmuş Qərb sahilində İsrail suverenliyinin genişləndirilməsinə yönəlmiş qanun layihələrini təsdiqləməsi, Qəzzada qüvvədə olan atəşkəs razılaşmasını “təhlükə altına qoya bilər”. Rubio İsrailə səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib: “Prezident açıq şəkildə bildirib ki, bu addımları dəstəkləmək üçün hazırda münasib vaxt deyil”. O qeyd edib ki, Knessetdə təqdim olunan qanun layihələrinin qəbul edilməsi “atəşkəsə təhdid yaradar” və “əks nəticələr doğura bilər”.

23 Oktyabr 2025 12:32
İsrail Knessetinin Qərb sahilini ilhaq addımları Qəzza razılaşmasını təhlükə altına sala bilər- Rubio

BAKI, AzerVoice, Nailə Babazadə

ABŞ-ın dövlət katibi Marko Rubio çərşənbə günü xəbərdarlıq edib ki, İsrail parlamentinin - Knessetin - işğal olunmuş Qərb sahilində İsrail suverenliyinin genişləndirilməsinə yönəlmiş qanun layihələrini təsdiqləməsi, Qəzzada qüvvədə olan atəşkəs razılaşmasını “təhlükə altına qoya bilər”.

AzerVoice xəbər verir ki, Rubio İsrailə səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib: “Prezident açıq şəkildə bildirib ki, bu addımları dəstəkləmək üçün hazırda münasib vaxt deyil”. O qeyd edib ki, Knessetdə təqdim olunan qanun layihələrinin qəbul edilməsi “atəşkəsə təhdid yaradar” və “əks nəticələr doğura bilər”.

Baş nazir Binyamin Netanyahunun ABŞ-ın vitse-prezidenti Cey Di Vansın İsrailə səfəri ərəfəsində koalisiya deputatlarını Vaşinqton qarşısında “onu çətin vəziyyətə salmamağa” çağırmasına baxmayaraq, Knesset çərşənbə günü Qərb sahilində İsrail suverenliyinin tətbiqinə dair iki qanun layihəsini təsdiqləyib.

Təkliflərdən biri yəhudi kimliyi naziri Avi Maoz, digəri isə müxalifətdəki “Bizim Evimiz İsrail” partiyasının sədri Aviqdor Liberman tərəfindən irəli sürülüb. Maozun qanunu cəmi bir səs fərqi ilə (25 lehinə, 24 əleyhinə) qəbul edilib. Bu o deməkdir ki, əgər bütün 52 müxalifət deputatı iştirak etsəydi, qanunun qarşısı alına bilərdi. Lakin onların 28-i iclasa qatılmayıb və bu, qanunun keçməsinə imkan verib.

Netanyahu ilhaq tərəfdarı olan “Likud” partiyasının deputatlarından səsvermədə iştirak etməmələrini xahiş edib. İclasda iştirak edənlərin hamısı bu çağırışa əməl edib, yalnız sabiq Knesset sədri Yuli Edelşteyn istisna olmaqla, o qanunun lehinə səs verib və onun səsi həlledici olub.

Qeyd olunub ki, ultraortodoks “Deqel HaTora” partiyası — “Yahdut HaTora” blokunun tərkib hissəsi — layihəyə qarşı səs verib, çünki bu addım İsrailin əsas müttəfiqi olan ABŞ-la toqquşma riski yaradır.

Bundan əlavə, Knesset Libermanın təqdim etdiyi ikinci qanun layihəsini də təsdiqləyib. Bu qanun Qüdsün cənubunda yerləşən Maale Adumim yaşayış məntəqəsinin dərhal ilhaqını və orada tam İsrail suverenliyinin tətbiqini nəzərdə tutur. Sənəd 31 lehinə, 9 əleyhinə səslə qəbul olunub.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Marko Rubio #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya

İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib

10:28
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
Digər Dövlətlər

Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur

7 Sentyabr 19:13
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Yaxın Şərq

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır

7 Sentyabr 18:37

Son Xəbərlər

İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.