5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

İran həm ərəb ölkələrinə raket atır, həm də təhlükəsizlik tərəfdaşlığından danışır - Rufiz Hafizoğlu

İran ilə Körfəz ölkələri arasında sazişlərin imzalanması qeyri-realdır

25 İyun 2026 13:53
İran həm ərəb ölkələrinə raket atır, həm də təhlükəsizlik tərəfdaşlığından danışır - Rufiz Hafizoğlu

BAKI,VOA

İran Körfəz regionu ölkələri ilə təhlükəsizlik sahəsində sazişlərin imzalanmasına hazır olduğunu bəyan edib.

Belə ki, İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqının Bakıda keçirilən konfransında çıxışı zamanı deyib ki, Tehran Yaxın Şərq, xüsusilə Körfəz ölkələri ilə regional təhlükəsizlik məsələlərində birgə əməkdaşlıq edə bilər.

O qeyd edib ki, müsəlman dünyasının gələcəyi dağıdıcı rəqabət deyil, əməkdaşlıq, iqtisadi inteqrasiya və davamlı siyasi dialoq əsasında formalaşmalıdır. Sədr məhz bu aspektdən Tehranın Körfəz ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişlərinin imzalanmasında maraqlı olduğunu bildirib.

Siyasətçi əlavə edib ki, belə yanaşma region ölkələrini ortaq düşmənlərdən qorumağa və sərmayələr üçün daha təhlükəsiz mühit yaratmağa imkan verəcək. İran Parlamentinin sədri, həmçinin bütün xarici hərbi qüvvələrin Yaxın Şərq ölkələrindən çıxarılmasının vacibliyini vurğulayıb.

Maraqlıdır, İran Körfəz ölkələri ilə təhlükəsizlik müqavilələri imzalamağa hazır olduğunu bəyan edir, bəs Körfəz ölkələri İranla belə bir sazişin imzalanmasında maraqlıdırmı? Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu “Cebheinfo.az” – a şərhində qeyd edib ki, İran ilə Körfəz ölkələri arasında təhlükəsizlik sahəsində sazişlərin imzalanması qeyri-realdır.

O bildirib ki, Qalibafın açıqlaması absurddur:

“Bu gün baş verən hadisələr, xüsusilə də 40 günlük müharibədə İran tərəfindən ərəb ölkələrinin raket hücumuna məruz qalması və belə bir təhlükənin hələ də davam etməsi fonunda regional təhlükəsizlik sahəsində əməkdaşlıq qeyri-mümkündür. Reallıq budur ki, Körfəz ölkələrinin baxışında İran yeganə düşmən ölkə hesab edilir.

Bu gerçəkliyi hamı bilir. Bu baxımdan, Qalibafın Ərəb ölkələrinə müraciətlə “Gəlin təhlükəsizlik sahəsində əməkdaşlıq edək” açıqlaması absurddur. İran bəyan edir ki, o, ərəb ölkələrini düşmənlərdən qoruyacaq. Maraqlıdır, görəsən, Tehran onları hansı düşmənlərdən qoruyacaq? Buradan görünür ki, Qalibaf boş fikirlər səsləndirir.

Digər məsələyə gəlincə, İran rəsmiləri Tehranın beş ərəb ölkəsinə nəzarət etdiyini deyirlər. Həmin ölkələrin sırasına vaxtilə Suriya daxil idi. Türkiyənin böyük uğuru sahəsində Suriyanı xilas etdilər. Bu gün İranın birbaşa diqtəsi altında olan üç ərəb ölkəsi var - Livan, Yəmən və İraq. İrandakı rejim “Hizbullah” vasitəsilə Livanda, Husilər vasitəsilə Yəməndə və İraqdakı müəyyən qüvvələr vasitəsilə ilə bu ölkədə təsir imkanlarını qoruyub saxlamaqdadır.

Livan da İranın cəngindən xilas olmağa çalışır. Yenə də qeyd edirəm ki, ərəb ölkələri İranı düşmən hesab edir. Bu səbəbdən onlar Qalibafın bəyanatını ciddiyə almalayacaqlar.

Bir tərəfdən, bu ölkələrin ərazisinə raket zərbələri endirir, digər tərəfdən, dostluq və əməkdaşlıqdan danışır. 40 günlük ABŞ-İsrail-İran müharibəsində ən çox əziyyət çəkən və zərbəyə məruz qalan Körfəz ölkələri, İordaniya və İraq olub”.

Məqalədə: #İran #Rufiz Hafizoğlu #Tehran #Yaxın Şərq #Ərəb ölkələri #Məhəmməd Baqir Qalibaf #Körfəz ölkələri və İran münasibətləri

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.