5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İranın Almaniyanın Hamburq, Frankfurt və Münxen şəhərlərindəki baş konsulluqları bağlanıb

Almaniya İranın Hamburq, Frankfurt və Münxen şəhərlərindəki baş konsulluqlarını bağlayıb. Rəsmi Berlin, İran-Almaniya vətəndaşı olan 69 yaşlı Cəmşid Şarmehdin edamına etiraz əlaməti olaraq İranın Hamburq, Frankfurt və Münxen baş konsulluqlarını bağlama qərarı verib.

31 Oktyabr 2024 22:43
İranın Almaniyanın Hamburq, Frankfurt və Münxen şəhərlərindəki baş konsulluqları bağlanıb

Bakı, AzerVoice

Almaniya İranın Hamburq, Frankfurt və Münxen şəhərlərindəki baş konsulluqlarını bağlayıb.

Rəsmi Berlin, İran-Almaniya vətəndaşı olan 69 yaşlı Cəmşid Şarmehdin edamına etiraz əlaməti olaraq İranın Hamburq, Frankfurt və Münxen baş konsulluqlarını bağlama qərarı verib.

AzerVoice-un "Deutsche Welle"yə istinadla verdiyi məlumata görə, bu baş konsulluqlarda çalışan 32 nəfərin Almaniyada qalma icazəsi ləğv edilib. Lakin İranın Berlindəki səfirliyi fəaliyyətini davam etdirir.

Almaniyanın xarici işlər naziri Annalena Berbok, bir alman vətəndaşının edamının ciddi nəticələri olacağı barədə rəsmi Tehrana dəfələrlə xəbərdarlıq etdiklərini bildirib. Nazir həmçinin İranda "əsassız yerə saxlanılan" digər alman vətəndaşlarının da vətənə qaytarılması üçün işlərin davam etdiyini vurğulayıb və Avropa İttifaqını İranın İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına daxil edilməsi ilə bağlı çağırış edib.

Qeyd edək ki, edam barədə məlumat yayıldıqdan sonra Almaniya Kansleri Olaf Şolts da edamı sərt şəkildə qınamış və etiraz əlaməti olaraq Almaniyanın İrandakı səfiri Markus Potseli Berlinə geri çağırmışdı.

Xatırladaq ki, Cəmşid Şarmehd 2008-ci ildə İranın Şiraz şəhərində baş verən və 14 nəfərin ölümü ilə nəticələnən terror aktında təqsirli bilinərək fevral ayında edama məhkum edilmişdi. Hökm 28 oktyabr tarixində icra edilib.

İran rəsmiləri 2020-ci ilin avqustunda mürəkkəb əməliyyatlar nəticəsində Şarmehdin xaricdə yaxalanaraq ölkəyə gətirildiyini bildirmişdi. Şarmehdin ailəsi isə onun Dubayda tranzit uçuş zamanı İran xüsusi xidmət orqanları tərəfindən qaçırıldığını iddia edir.

Məqalədə: #İran #Almaniya

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.