6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Belçikada hökumət artıq 200 gündən çoxdur formalaşmayıb

Belçikada keçirilən son seçkilərdən sonra koalisiya hökumətinin qurulması danışıqları, iqtisadi islahatlarla bağlı fikir ayrılığı səbəbindən yenidən dalana dirənib.

30 Dekabr 2024 15:30
Belçikada hökumət artıq 200 gündən çoxdur formalaşmayıb

Bakı,AzerVoice

Belçikada keçirilən son seçkilərdən sonra koalisiya hökumətinin qurulması danışıqları, iqtisadi islahatlarla bağlı fikir ayrılığı səbəbindən yenidən dalana dirənib.

AzerVoice xəbər verir ki, Yeni Flaman Alyansının (N-VA) lideri Bart De Veverin təklif etdiyi sosial-iqtisadi islahat paketi, Vooruit partiyasının 500-ə yaxın düzəliş tələbi ilə qarşılanıb. Xüsusilə, işsizlik müavinətlərinin məhdudlaşdırılması və sosial yardımlarla bağlı təkliflər ciddi etirazlara səbəb olub.

Qeyd edək ki, Belçikanın ÜDM-in 4,5%-i həcmində büdcə kəsiri var. Avropa İttifaqının tələblərinə uyğun olaraq bu göstərici 3%-dən aşağı olmalıdır. Lakin tərəflər qənaət siyasəti ilə bağlı razılığa gələ bilmir. De Veverin sözlərinə görə, hər saniyə dövlət borcuna 508 avro əlavə olunur.

Federal sistemin mürəkkəbliyi və bölgə hökumətləri arasındakı fərqliliklər hökumət qurulmasını çətinləşdirir. İyun ayından bəri davam edən danışıqlar dəfələrlə nəticəsiz qalıb.

Hökumətsizlik ölkə büdcəsinə ağır təsir göstərir və sosial problemləri dərinləşdirir. Uzunmüddətli siyasi həll tapılmadıqca Belçikanın iqtisadi sabitliyi təhlükə altında qalır.

Məqalədə: #Belçika

Mövzu üzrə digər xəbərlər

Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
Siyasət

Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20 Avqust 11:20
“Fənərbağça”  Lukakunu heyətinə qatır
Digər Xəbərlər

“Fənərbağça” Lukakunu heyətinə qatır

11 Avqust 14:09
Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır
Digər Dövlətlər

Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

18 İyul 19:17
Belçika Avropa İttifaqının İsrail məhsulları ilə bağlı siyasətini sərt tənqid etdi
Digər Dövlətlər

Belçika Avropa İttifaqının İsrail məhsulları ilə bağlı siyasətini sərt tənqid etdi

13 İyul 19:28

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.