6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Uyğurların Çinə geri göndərilməsi mümkün deyil - Tayland

28 Yanvar 2025 15:54
Uyğurların Çinə geri göndərilməsi mümkün deyil - Tayland

Bakı, AzerVoice

2014-cü ildən bəri Taylandda qeyri-insani şəraitdə saxlanılan uyğurların taleyi hazırda beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir

AzerVoice xəbər verir ki, Tayland polisi çərşənbə günü verdiyi açıqlamada, ölkədə saxlanılan 48 uyğur müsəlmanını Çinə deportasiya etmək kimi bir planlarının olmadığını bildirib.

Tayland Kral Polisinin rəsmisi Kittharath Punpetch bildirib ki, Tayland Krallığı bu məsələ ilə bağlı moderator kimi çıxış etməsə də, hər hansı bir səfirlik və ya təşkilatdan kömək tələb olunarsa, əməkdaşlıq etməyə hazırdırlar.

Son günlərdə bu məhbusların Çinə deportasiya edilməsinin qarşısını almaq üçün beynəlxalq təşkilatlar tərəfindən çağırışlar artıb. Çərşənbə axşamı BMT ekspertləri, uyğurların geri göndərildikləri təqdirdə işgəncə və ya qeyri-insani rəftar riski ilə üzləşəcəklərini bildirərək, Tayland hökumətini deportasiya planlarını dərhal dayandırmağa çağırıb.

Beynəlxalq insan hüquqları təşkilatı İnsani Yardım Vəqfi (İHH) isə Taylandın Baş naziri Paetongtarn Şinavatranı uyğurları dərhal azad etməyə və onların üçüncü bir ölkəyə təhlükəsiz keçidini təmin etməyə çağırıb.

Bu arada, Çin hökuməti məsələnin “iki suveren dövlət arasında məhkəmə əməkdaşlığı” ilə bağlı olduğunu bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, BMT ekspertlərini “BMT Nizamnaməsinə və xüsusi mexanizmlərin davranış qaydalarına riayət etməyə” çağırıb.

Qeyd edək ki, Çinin Sincan bölgəsində 10 milyondan çox uyğur yaşayır. Türk-müsəlman icması olan uyğurlar Çini uzun müddətdir mədəni, dini və iqtisadi ayrı-seçkilikdə ittiham edirlər, Pekin isə bu iddiaları rədd edir.

Məqalədə: #Tayland #Uyğur türkləri

Mövzu üzrə digər xəbərlər

Trampın İranda məhv etmək istədiyi mədəniyyət fars yoxsa türk mədəniyyətidir?
ArabAZ təhlil mərkəzi

Trampın İranda məhv etmək istədiyi mədəniyyət fars yoxsa türk mədəniyyətidir?

26 Aprel 10:08
Taylandda Anutin Çarnvirakun yenidən baş nazir seçildi
Digər Dövlətlər

Taylandda Anutin Çarnvirakun yenidən baş nazir seçildi

19 Mart 12:42
Taylandın baş naziri ABŞ prezidenti ilə görüş planlaşdırır
Digər Xəbərlər

Taylandın baş naziri ABŞ prezidenti ilə görüş planlaşdırır

12 Dekabr 2025 11:24
Tayland və Kamboca sərhədində döyüşlər yenidən başlayıb
Digər Xəbərlər

Tayland və Kamboca sərhədində döyüşlər yenidən başlayıb

8 Dekabr 2025 16:02

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.