9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-dakı yəhudi aktivistlərdən Trampın Qəzza planına etiraz

16 Fevral 2025 19:18
ABŞ-dakı yəhudi aktivistlərdən Trampın Qəzza planına etiraz

Bakı, AzerVoice

ABŞ prezidenti Donald Trampın, İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə Qəzzə zolağında etnik təmizləmə apararaq minlərlə fələstinlini fərqli ölkələrə yerləşdirmək planı ABŞ-da yaşayan yüzlərlə haham tərəfindən etirazla qarşılanıb.

AzerVoice-un məlumatına görə, Amerikada yaşayan yəhudi liderlər və aktivistlər, Trampın Netanyahu ilə Qəzzəni ələ keçirmək və yenidən inkişaf etdirmək barədə razılaşmasını etnik təmizləmə kimi qiymətləndirərək ABŞ miqyasında etiraz aksiyası keçiriblər.

Yüzlərlə aktivist “Yəhudi xalqı etnik təmizləməyə YOX deyir” deyərək, 7 oktyabr 2023-cü ildən bəri Qəzza xalqının yaşadığı dəhşətli vəziyyətin daha da ağırlaşacağına işarə edərək, fələstinlilərin Misir, Livan və İordaniya kimi ölkələrə köçürülməsi təklifinə qarşı çıxıblar.

350 yəhudi din adamı və aktivist New York Times qəzetində elan verərək Trampın planını açıq şəkildə pisləyib.

Hahamlar bildiriblər ki, Trampın İsrail və HƏMAS arasındakı münaqişədən sağ çıxan Qəzza əhalisinə qarşı planlaşdırdığı zorakılıq, 1948-ci ildə Nəkbə (Böyük Faciə) Günü ilə eynilik təşkil edir. Həmin dövrdə sionistlər fələstinliləri məcburi şəkildə evlərindən çıxarıb, fələstin mədəniyyətini və kimliyini məhv etməyə çalışmışdı.

İsrailin beynəlxalq hüququ dəfələrlə pozduğu vurğulanıb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 7-ci maddəsinə əsasən, etnik təmizləmə, məcburi deportasiya və repressiya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilir.

Bundan əlavə, Cenevrə Konvensiyasının 49-cu maddəsi silahlı münaqişələr zamanı mülki şəxslərin zorla köçürülməsini qadağan edir.

Amerika Yəhudi Komitəsinin və Dinlərarası Münasibətlər Şöbəsinin keçmiş direktoru Haham David Rozen bildirib ki, Dünya, Trampın bu planının tamamilə qəbuledilməz olduğunu bilməlidir.

“Tramp Tanrı deyil və fələstinlilərin şərəfini əllərindən ala bilməz, ya da sadəcə bir daşınmaz əmlak sövdələşməsi üçün torpaqlarını oğurlaya bilməz. Trampın fələstinliləri Qəzzadan etnik təmizləmə istəyi mənəvi baxımdan iyrəncdir. Yəhudi liderlər Trampın bu zorakı köçürmə və fəlakətdən mənfəət əldə etmə planlarını qətiyyətlə rədd etməli və bu dəhşətli cinayəti dayandırmaq üçün hərəkətə keçməlidirlər”, - deyə haham Yosef Berman qeyd edib.

Xatırladaq ki, Tramp son iki həftədə təəccüb doğuran bir təklif irəli sürərək ABŞ-ın Qəzza zolağını nəzarətə götürəcəyini, dağıdılmış əraziləri yenidən quraraq onları "Yaxın Şərqin Rivierasına" çevirəcəyini bildirmişdi. O, fələstinlilərin başqa yerə köçürülməsini təklif etsə də, onların geri qayıtması üçün heç bir plan təqdim etməyib. Bu təklif həm regional, həm də beynəlxalq səviyyədə geniş etirazlarla qarşılanıb və ərəb ölkələrinin ortaq mövqe sərgiləməsinə səbəb olub.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #ABŞ #Misir #Livan #Donald Tramp #HƏMAS #İordaniya #Beynəlxalq Cinayət Məhkəməsi #Qəzza hücumu #Fələstinlilərin məcburi köçü #Qəzza münaqişəsi #Sülh və insanlıq əleyhinə cinayətlər #Beynəlxalq hüquq normaları #İsrailə qarşı etirazlar #Trampın Qəzza planı #Məcburi köçkünlük #Fələstin soyqırımı #Nəkbə #Roma Statutu #Cenevrə Konvensiyası #İnsanlığa qarşı cinayətlər #Beynəlxalq hüquq pozuntuları #Fələstin mədəniyyəti

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.