12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Cənubi Koreya DeepSeek yükləmələrini qadağan edib

17 Fevral 2025 15:32
Cənubi Koreya DeepSeek yükləmələrini qadağan edib

Bakı, AzerVoice

Çin mərkəzli bir şirkət tərəfindən hazırlanan süni intellekt modeli DeepSeek ilə bağlı "təhlükəsizlik narahatlıqları" bir çox ölkədə davam edərkən, Cənubi Koreya da modelin yüklənməsini müvəqqəti olaraq qadağan etdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreyanın Fərdi Məlumatların Qorunması Komissiyası (PIPC) DeepSeek-in məlumat toplama üsulları ilə bağlı narahatlıqlar səbəbindən ölkədə yüklənməsinin dayandırıldığını bildirib.

Komissiya bildirib ki, DeepSeek-in şəxsi məlumatlarla bağlı yerli qanunlara uyğun şəkildə tənzimlənməsi üçün qaydalar hazırlanacaq. Bundan sonra qadağanın qaldırılması nəzərdən keçiriləcək.

Komissiya rəsmisi Nam Seok, artıq proqramı yükləmiş vətəndaşları şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, DeepSeek daha əvvəl Cənubi Koreyada ehtiyatla istifadə olunması tövsiyə edilən bir model kimi qiymətləndirilmişdi.

Süni intellekt modelinin təhlükəsizlik baxımından riskli olduğu bildirildiyi üçün DeepSeek artıq bir sıra ölkələrdə və qurumlarda məhdudlaşdırılıb. Bura Avstraliya, ABŞ Hərbi Dəniz Qüvvələri, İtaliya, ABŞ-ın Nyu-York və Texas ştatları, Hollandiya və Danimarkanın bəzi bölgələri daxildir.

Məqalədə: #Süni intellekt #Çin #DeepSeek #Beynəlxalq təhlükəsizlik #Məlumat təhlükəsizliyi #Təhlükəsizlik narahatlıqları

Mövzu üzrə digər xəbərlər

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.