8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İranda 2024-cü ildə Edamların Sayı Son 17 İlin Ən Yüksək Səviyyəsinə Çatıb

20 Fevral 2025 14:34
İranda 2024-cü ildə Edamların Sayı Son 17 İlin Ən Yüksək Səviyyəsinə Çatıb

Bakı,AzerVoice

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) və Fransanın Ölüm Cəzasına Qarşı Alyansı (ECPM) təşkilatlarının hesabatına görə, İran 2024-cü ildə ən azı 975 edam icra edib və bu, son 17 ilin ən yüksək göstəricisi hesab olunur.

AzerVoice xəbər verir ki, İnsan haqları qrupları İranın ölüm cəzasından siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini bildirir.

IHR direktoru Mahmud Amiri-Müqəddam qeyd edib ki, “bu edamlar İran hökumətinin öz hakimiyyətini qorumaq üçün strategiyasının bir hissəsidir.” Hesabatda vurğulanıb ki, İran-İsrail arasında gərginliyin artdığı ilin son üç ayında hər gün orta hesabla beş nəfər edam edilib.

Ötən illə müqayisədə edamların sayında 17 faiz artım müşahidə olunub. 2023-cü ildə bu rəqəm 834 idi. 2024-cü ildə edam edilənlərdən 31-i qadın olub, dörd nəfər isə ictimaiyyət qarşısında asılıb.

Xatırladaq ki, İran, Çindən sonra dünyada ən çox ölüm hökmü icra edən ikinci ölkə hesab olunur. İnsan haqları təşkilatları xüsusilə 2022-ci ildə Mahsa Aminin ölümü ilə başlayan etirazlardan sonra edamların artdığını bildirir. Onların iddiasına görə, hökumət ictimaiyyət arasında qorxu yaratmaq məqsədilə edamlardan istifadə edir.

Edam edilən şəxslər əsasən qətl, zorlama və narkotik cinayətləri ilə yanaşı, hökumətə qarşı çıxmaqda günahlandırılan şəxslər olub. “Yer üzündə təxribata səbəb olmaq” və “qiyam” kimi qeyri-müəyyən ittihamlarla edam edilənlərin sayında da artım müşahidə olunur.

Qeyd edək ki, 2024-cü ildə həyata keçirilən edamlardan ikisi 2022-ci ilin sentyabrında Mahsa Aminin ölümü ilə başlayan etirazlarla əlaqələndirilib. 23 yaşlı Məhəmməd Qobadlu 2022-ci ildə polis əməkdaşını avtomobillə öldürməkdə ittiham edilərək 2024-cü ilin yanvarında edam edilib. 34 yaşlı Qulamrza Rəsai isə 2022-ci ildə İnqilab Keşikçilərini öldürmək ittihamı ilə avqust ayında gizli şəkildə edam olunub.

İnsan haqları qrupları, İranın ötən il rəsmi rəqəmlərdən daha çox edam icra etdiyinə dair sübutlar olduğunu, lakin bunu tam şəkildə təsdiq edə bilmədiklərini bildirirlər.

Məqalədə: #İran #edam cəzası #İran hökumətinin təzyiq vasitələri #Ölüm Cəzasına Qarşı Alyans (ECPM) #İran İnsan Haqları (IHR)

Mövzu üzrə digər xəbərlər

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

7 Sentyabr 19:41

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.