5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Macarıstan ICC-dən ayrılan üçüncü ölkə olacaq

3 Aprel 2025 16:50
Macarıstan ICC-dən ayrılan üçüncü ölkə olacaq

BAKI, AzerVoice

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Statutundan çıxacağını açıqlayıb.

AzerVoice xəbər verir ki, bu qərar İsrailin baş naziri Binyamin Netanyahunun Budapeştə rəsmi səfərindən sonra elan edilib.

Macarıstanın baş naziri Viktor Orbanın aparat rəhbəri Gergely Gulyas çıxış edərək, "Hökumət konstitusiya və beynəlxalq hüquqi çərçivəyə uyğun olaraq geri çəkilmə proseduruna başlayacaq" - deyə bildirib.

ICC son illərdə, xüsusilə Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Netanyahuya qarşı verdiyi həbs orderləri səbəbindən mübahisələrin mərkəzinə çevrilib. Macarıstan rəsmiləri məhkəmənin siyasi motivli qərarlar verdiyini iddia edirlər.

Gulyas bildirib ki, Macarıstan heç vaxt ICC-nin Roma Statutunu daxili qanunvericiliyinə daxil etməyib, bu səbəbdən də məhkəmənin qərarlarının ölkədə hüquqi qüvvəsi yoxdur. O, həmçinin dünyanın aparıcı dövlətlərinin, o cümlədən ABŞ-ın ICC-nin yurisdiksiyasını tanımadığını vurğulayıb.

Macarıstanın bu addımı Netanyahuya qarşı ICC-nin həbs orderi fonunda atması diqqət çəkir. Qeyd edək ki, noyabr ayında məhkəmə Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantı Qəzzada humanitar yardımı məhdudlaşdıraraq “aclıqdan müharibə üsulu kimi” istifadə etməkdə və mülki insanları qəsdən hədəf almaqda ittiham edib. İsrail rəsmiləri bu iddiaları rədd edirlər.

Qeyd edək ki, ICC-nin Roma Statutundan çıxan ilk ölkə 2017-ci ildə Burundi olub. Daha sonra Filippin də məhkəməni tərk edib. Cənubi Afrika və Qambiya ICC-ni tərk etmək niyyətini açıqlasalar da, sonradan qərarlarını dəyişiblər. Türkiyə ICC-nin təsis müqaviləsini imzalamasa da, təşkilatın fəaliyyətini yaxından izləyir və İştirakçı Dövlətlər Assambleyasının iclaslarında iştirak edir. Bu qərarla Macarıstan ICC-dən rəsmi çıxacaq üçüncü ölkə olacaq.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Viktor Orban #Macarıstan #Beynəlxalq Cinayət Məhkəməsi

Mövzu üzrə digər xəbərlər

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

19:54
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

18:17
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
Yaxın Şərq

İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib

18:07
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32

Son Xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.