6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ottava Vaşinqtona qarşı - Kanada tariflərə cavab hazırlayır

4 Aprel 2025 10:00
Ottava Vaşinqtona qarşı - Kanada tariflərə cavab hazırlayır

BAKI, AzerVoice

Kanadanın Baş naziri Mark Karni, ABŞ-ın Kanada avtomobillərinə tətbiq edəcəyi 25 faizlik tariflərə qarşı tədbirlər görəcəklərini açıqlayıb.

AzerVoice xəbər verir ki, Ottavada keçirdiyi mətbuat konfransında Karni, ABŞ Prezidenti Donald Trampın ticarət tarifləri siyasətinə cavab verməyə hazırlaşdıqlarını bildirib.

Onun sözlərinə görə, Kanada hökuməti ABŞ-dan idxal edilən avtomobil hissələrinə tarif tətbiq etməsə də, digər tədbirlər üzərində işləyir.

Mark Karni vurğulayıb ki, Kanada bu tədbirləri “ABŞ-da maksimum, Kanadada isə minimum təsir göstərmək” məqsədilə hazırlayır. O, Vaşinqtonun tarif siyasətinin nəticədə Amerika istehlakçılarına mənfi təsir edəcəyini və ABŞ rəhbərliyinin “kursunu dəyişəcəyinə” ümid etdiyini bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın yeni sərəncamına əsasən, yalnız Kanada deyil, digər ölkələr də yüksək tariflərlə üzləşəcək. Yeni tariflər çərçivəsində Çinə 34 faiz, Avropa İttifaqına 20 faiz, Vyetnama 46 faiz, Tayvana 32 faiz, Yaponiyaya 24 faiz, Hindistana 26 faiz və Türkiyəyə isə 10 faiz rüsum tətbiq ediləcək.

Tramp administrasiyasının yeni ticarət siyasəti qlobal iqtisadiyyatda ciddi təsirlərə səbəb ola bilər.

Məqalədə: #ABŞ #Kanada #Donald Tramp #Trampın tarifləri #Mark Karni

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
11:07
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
11:02
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
10:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.