10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hindistanda yeni qanun müsəlman fondlarını hədəfə alır

5 Aprel 2025 10:22
Hindistanda yeni qanun müsəlman fondlarını hədəfə alır

BAKI, AzerVoice

Hindistanda parlamentdə qəbul edilən yeni qanun layihəsi müsəlman fondlarının dövlət nəzarətinə verilməsini nəzərdə tutur, bu isə ölkədə sosial gərginliyi artırıb.

AzerVoice xəbər verir ki, anti-İslam ritorikası ilə tanınan baş nazir Narendra Modinin rəhbərlik etdiyi hindu milliyyətçisi Bharatiya Janata Partiyası, Müsəlman Vəqfləri Aktına dəyişiklik edərək, fondların idarəsinə dövlətin müdaxiləsini qanuniləşdirib.

Parlamentin aşağı palatası Lok Sabhada keçirilən səsvermədə qanun layihəsi 288 lehinə, 232 əleyhinə səslə qəbul olunub.

Belə ki, qanunun qüvvəyə minməsi üçün o, Dövlətlər Şurasında da təsdiqlənməli və prezident Draupadi Murmu tərəfindən imzalanmalıdır. Yeni qanun layihəsi hökumətə dini, təhsil və xeyriyyə məqsədli müsəlman vəqflərinin torpaqlarını yoxlama və müdaxilə etmə səlahiyyəti verir.

Müxalifət qanunun konstitusiyaya zidd olduğunu və müsəlmanlara qarşı ayrı-seçkilik ehtiva etdiyini bildirir. Hindistan Milli Konqres Partiyasının lideri Rahul Qandi bu dəyişiklikləri “müsəlmanların mülkiyyət hüquqlarına yönəlmiş hücum” kimi dəyərləndirib.

Hazırda ölkədə 940 min hektardan çox torpağı əhatə edən 872 minə yaxın vəqf əmlakı mövcuddur. Modi administrasiyası bu əmlakların idarəsində şəffaflığın artırılmasını hədəflədiyini bildirsə də, vətəndaş cəmiyyəti və müsəlman təşkilatları bu addımı “mülkiyyət hüquqlarının pozulması” kimi dəyərləndirir.

Qanun layihəsinə qarşı ölkənin müxtəlif bölgələrində etiraz nümayişləri, oturaq aksiyalar və seminarlar keçirilir. Martın 26 və 29-da Patna və Vicayavada parlament binalarının qarşısında genişmiqyaslı aksiyalar baş tutub.

Məqalədə: #Hindistan #islamafobiya #Etiraz aksiyası #müsəlman fondları #Müsəlman Vəqfləri Aktı

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
9 Sentyabr 21:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.